Azərbaycanda daha bir siyasi məhbus azad olunub
Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini şərti cəza ilə əvəz edib. Əmirli məhkəmə zalından azad edilib.
İyulun 24-də Əmirli 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Əmirli Azərbaycanın bütün hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb və müvafiq siyahılara daxil edilib. “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalistləri müdafiə təşkilatı Əmirlinin həbsini pisləyib və onun üzərindən “cəfəng ittihamları” götürməyə çağırıb.
Amma Azərbaycan hakimiyyəti bu günə qədər vəkillərin Əmirli haqda həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini onun səhhətindəki aşkar problemlərə rəğmən dəfələrlə rədd edib.
Əmirli son bir həftədə azad edilən növbəti siyasi məhbus oldu. Ondan əvvəl “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev və 2015-ci ildə “Nardaran işi” üzrə məhkum olunmuş 14 dindar fəal azad edilmişdi.
Ekspertlər Azərbaycanda baş verən yeni “mülayimləşmənin” iki əsas səbəbi olduğunu bildirirlər. Birincisi, Azərbaycan hakimiyyətinin qərb məmurlarının loyallığının satın alınmasına xərclədiyi milyardlar haqda laundromat adlandırılan jurnalist araşdırmasına hakimiyyətin reaksiyasıdır.
İkincisi isə, yeni meft sazişi imzalandığı ərəfədə reytinqi yüksəltmək istəyidir.