Azərbaycanda Aşura günü: son üç ildə ilk dəfə məhdudiyyətsiz - FOTOREPORTAJ
Azərbaycanda Aşura günü
Son üç ildə ilk dəfə Azərbaycanda Aşura günü heç bir məhdudiyyətsiz keçirilib. On minlərlə inanclı insan şiə müsəlmanlar üçün bu matəm günündə VII əsrdə həlak olan məzlumların xatirəsini anıb.
- Avqust, 2008. Cənubi Osetiya ətrafında müharibənin xronologiyası faktlarda və fotoşəkillərdə
- Dağlıq Qarabağda gərgin vəziyyət: Bakıdan və Yerevandan məlumatlar
- ABŞ Dövlət Departamenti: “Korrupsiya Azərbaycanda işləyən şirkətlər üçün ciddi problem olaraq qalır”
Son üç ildə ilk dəfə Azərbaycanda Aşura günü heç bir məhdudiyyətsiz keçirilib. 2020-ci ildə koronavirus pandemiyasının qızğın vaxtı sərt kanantin tədbirləri səbəbilə bütün ayinlər qadağan olunmuşdu. Karantin qaydalarını pozan inanclılar həbs edilmiş və cərimə olunmuşdu.
Ötən il Aşura günü daha yumşaq məhdudiyyətlərlə keçirilmişdi. Yalnız COVID-pasportları olanlar məscidlərə buraxılmışdı.
Bu gün on minlərlə inanclı insan VII əsrdə həlak olmuş məzlumların xatirəsini yad etmək üçün Azərbaycan şəhərlərinin küçələrinə çıxıb.
Qafqaz Müsəlmanları İdarəsi ötən illərdə olduğu kimi bu il də insanları donor olmağa və Aşura günündə xüsusi təşkil olunmuş məntəqələrdə qan verməyə çağırıb.
73 yaşlı Şeyxülislam Allahşükür Paşazadə də qan verib, baxmayaraq ki, ÜST 65 yaşdan yuxarı insanlara donor olmağı tövsiyə etmir.
VII əsrdə nə baş verib?
Məhərrəm ayının 10-cu günü olan Aşura həmin ayın “kulminasiya” anıdır. Həmin gün şiə müsəlmanlar Hüseynin (Məhəmməd peyğəmbərin nəvəsi) və onun tərəfdarlarının xəlifə Müaviyyənin oğlu Yəzidlə döyüşdə həlak olmalarına ağlayırlar. Bu hadisə 680-ci ildə Kərbəla şəhərinin (müasir İraqın ərazisində yerləşən, müsəlmanlar üçün müqəddəs sayılan şəhər) yaxınlığında baş verib.
Hüseynin həlak olmasından sonra müsəlman dünyasında iki şaxəyə bölünmə baş verdi: Hüseynin tərəfdarları olan şiələrə və Yəzidin tərəfdarları olan sünnilərə. Bu parçalanma indiki dövrə qədər davam edir və müxtəlif müharibələrə, münaqişələrə səbəb olur. Müvafiq olaraq, Aşura yalnız şiələrdə matəm günü kimi qeyd olunur.
Sünnilər də onu qeyd edirlər, lakin başqa cür və başqa səbəbə görə. Qurana əsasən, bu gün Səma, Yer, mələklər və ilk insan yaranıb və qiyamət günü də həmin gün baş verəcək.