Azərbaycan rusiyalı yazıçı Limonovu “qara siyahıya” daxil edib
Foto Limonovun livejurnal-dakı bloqundan götürülüb
Azərbaycanın Xarici İşlər Nazirliyi qalmaqallı rusiyalı yazıçı və siyasətçi Eduard Limonovu arzuolunmaz şəxslərin “qara siyahısına” daxil edib. Bu haqda XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “İnterfaks-Azərbaycan”a bəlumat verib.
“Limonuvun məsələsinə baxıldı. Onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyi təsdiqləndi. Onun adı “Azərbaycanda arzuolunmaz şəxslər siyahısına” daxil edilib. O, öz adını yenilənmiş siyahıda tapa bilər”, – Hacıyev bildirib.
2013-cü ilin avqustunda Azərbaycanın XİN sıralarında parlament deputatlarının, siyasətçilərin, jurnalistlərin, tələbələrin, rəssamların, artistlərin, həmçinin müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən digər şəxslərin də olduğu 330 nəfərdən ibarət arzuolunmaz şəxslər siyahısını açıqladı.
Limonov 20017-ci ilin iyununda Azərbaycan XİN-ni xəbərdar etmədən Dağlıq Qarabağa səfər edib. Səfərin yekunları ilə bağlı o, Rusiyanın “Svobodnaya pressa” saytında “Qarabağ qeydləri” başlığı altında məqalələr silsiləsi dərc edib və bu məqalələrdə digər məsələlərdən başqa Azərbaycana qarşı sərt çıxışlar da yer alıb.
“Biz – Rusiya çox təvazökar ölkəyik. Durub Azərbaycana çığırmırıq ki, “Rədd olun! Çıxın burdan, bax, biz bu torpaqları müstəqil Qarabağa bağışlayacağıq, axı bu onların torpağıdır!”, biz isə ağzımıza su alıb susuruq”, – Limonov yazır.
Rusiya siyasi xadiminin fikrincə, Qarabağı müstəqilliyini tanımaqla Rusiya ağ günə çıxacaq, sərvətlər qazanacaq, İrana birbaşa gedib-gələ biləcək.