Azərbaycan hakimiyyəti Xədicə İsmayılovaya qanunsuz həbsinə görə 20 min avro ödəməlidir
Paylaşmaq
Paylaşmaq
Azərbaycan hakimiyyəti araşdırmaçı jurnalist Xədicə İsmayılovaya saxta ittihamla həbsdə saxlanıldığı üçün 20 min avro kompensasiya ödəməlidir. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) belə qərar verib.
Hakim ailənin qanunsuz biznesi ilə bağlı çox sayda araşdırma məqalələrin müəllifi olan Xədicə İsmayılova 2015-ci ildə vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarləq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə yeddi il yarım müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə şərti azadlığa buraxılıb. Amnesty International jurnalisti vicdan məhbusu kimi tanıyıb.
Xədicə İsmayılovanın Azərbaycana qarşı iddiasına baxarkən AİHM belə qənaətə gəlib ki, jurnalisti həbs etməklə hakimiyyət “onu susdurmaq və jurnalist işinnə görə cəzalandırmaq” istəyib.
“Xədicə İsmayılovanın işi Azərbaycanda tənqidi səslərin necə təqib olunduğunun təcəssümüdür”, – Amnesty International nümayəndəsi Denis Krivoşeyev qərarı şərh edib.
Azəbaycanlı ekspert, Media Hüquqları İnstitutunun nümayəndəsi Xalid Ağaliyev AİHM-nin Avropa Konvensiyasının hüquqların məhdudlaşdırılmasının həddi haqda 18-ci maddəsinin pozulduğunu təsbit etməsini xüsusilə önəmli hesab edib.
“Bu maddə iddiaçının siyasi motivlərlə təqib olunmasını dəstəkləyir. Söhbət onun məhz korrupsiyaya qarşı araşdırmalarına görə cəzalandırılmasından gedir”, – Ağaliyev bildirib.
Bu, Xədicə İsmayılovanın Azərbaycan hakimiyyətinə qarşı qaldırdığı və AİHM tərəfindən təmin edilən ilk iddiası deyil. Düzdür, Azərbaycan hakimiyyəti hələ Avropa Məhkəməsinin heç bir qərarına əməl etməyib.
Xədicə İsmayılovanın üzərində hələ də məhkumluq qalır və o, ölkəni tərk edə bilmir, baxmayaraq ki, beynəlxalq hüquq-müdafiə təşkilatları bu qadağanın aradan qaldırılmasını israrla tələb edir.