Azərbaycan əsilli amerikalı alim Lütfi Zadə vətənində dəfn edilib
Paylaşmaq
Paylaşmaq
Kaliforniya Universitetinin professoru, dünyaca məşhur riyaziyyatçı Lütfi Zadə sentyabrın 29-da Bakıda, Fəxri Xiyabanda dəfn edilib.
Lütfi Zadə inqilabi açılış hesab edilən və dünyada geniş ttbiq olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsini işləyib hazırlayandan sonra şöhrət əldə edib. Bu nəzəriyyə bir çox iri şirkətlərə texnoloji çalışmalarında uğur qazanmağa imkan verib.
Lütfəli Ələsgərzadə Bakıda azərbaycanlı-yəhudi qarışıq ailəsində dünyaya gəlib. 1932-ci ildən İranda yaşayıb, 1944-cü ildə ABŞ-a köçüb və orada Lütfi Zadə adı ilə Kaliforniya Universitetində işə başlayıb. Sentyabrın 6-da ABŞ-da vəfat edib. Alim tarixi vətənində müsəlman adətlərinə uyğun dəfn olunmağı vəsiyyət edib.
Görkəmli həmyerliləri ilə vida mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər vəzifəli şəxslər, həmçinin mərhumun doğmaları və yaxınları iştirak edib.