Balaca Senaki şəhərindəki cıdır meydanında qələbəlikdir – istidən əldən düşən, bununla belə həvəsini itirməyən tamaşaçılar maraqla at yarışlarını izləyirlər. Burada yığışanlar əsasən yerli sakinlər olsa da, gəlmələr də az deyil – özü də tək Sameqrelodan yox, başqa regionlardan da çoxlu iştirakçılar və tamaşaçılar gəliblər.
Bəzən qışqırıq, bəzən də alqış səsləri eşidilir. Bir qədər aralıda bu diyar üçün ənənəvi olan yeməklər, xalq sənəti və kənd təsərrüfatı məhsullarının sərgisi keçirilir. Yarışlar başlamazdan əvvəl kiçik konsert təşkil olundu, gürcü rəqsləri ifa edildi. Uzun müddətə yaddan çıxan Senaki şəhərciyi qəfil diqqətdən sanki özünə gəldi.
Bu diyar üçün ənənəvi olan, marula adlanan at yarışları Senakidə böyük fasilədən sonra baş tutdu. Senakidə ilk rəsmi at bayramını (o vaxtlar bu şəhər Tsxakaya adlanırdı) təxminən 90 il bundan əvvəl, 1927-ci ildə keçirilib. Həmin vaxtdan etibarən də Marula çox sayda azarkeş və idmançı toplayan və hər il qeyd edilən xalq bayramına çevrilib. 90-cı illərin əvvəllərində Senakinin infrastrukturu Sameqrelo regionunda kriminal vəziyyətin yaranması və hərbi əməliyyatlara yaxın olması səbəbindən – 70 kilometr buradan aralıda yerləşən Abxaziyada müharibə gedirdi – tənəzzülə uğradı.
Bu cür böyük fasilədən sonra keçirilən bayramın xüsusi ləzzəti var.