ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən parlament seçkilərini qeyri-demokratik adlandırıblar
Paylaşmaq
Paylaşmaq
Azərbaycanda parlament seçkiləri Avropanın demokratiya normalarına müvafiq keçməyib və əhalinin azad iradə ifadəsi hesab oluna bilməz. ATƏT DİİHB, AŞPS və ATƏT PA-nın ümumi müşahidəçi missiyasının dəyərləndirməsi belədir – “Turan” informasiya agentliyi məlumat verib.
Azərbaycanda növbədənkənar parlament seçkilərifevralın 9-da baş tutub və “Yeni Azərbaycan” Partiyasının qələbəsi ilə yekunlaşıb. İqtidar partiyası yenə də parlamentdə yerlərin çoxunu qazanıb.
Rəqabətsiz mühit və pozuntular
ATƏT DİİHB missiyasının əlaqələndiricisi Artur Gerasimovun fikrincə, telekanallar və digər ənənəvi media namizədlərin seçkiqabağı kampaniyalarını demək olar ki, işıqlandırmadığı üçün real siyasi diskussiya mövcud olmayıb və seçicilərə düşünülmüş seçim etmək imkanı tanınmayıb.
AŞPA missiyasının əlaqələndiricisi Frank Şvabe həm səsvermə, həm də səslərin sayılması zamanı çoxsaylı pozuntular haqda danışıb.
Beləliklə, məntəqələrin 16 faizində qutulara topa bülleten atılması, 5 faizində “karusellər”, 4 faizində seçim sirrinin pozulması qeydə alınıb. 39 halda seçki komissiyası üzvləri müşahidəçilərlə əməkdaşlıq etməyib, 6 halda isə partiya və ya namizədlərin nümayəndələri məntəqədən qovulub. 44 seçki məntəqəsində kənar şəxslər olub (məsələn, hərbçilər və dövlət məmurları).
113 haldan 66-da səslər sayılan zaman vacib prosedurlar yerinə etirilməyib.
“Biz artıq öyrəşmişik”
Mənfi reaksiyaları şərh edən Azərbaycan prezidenti bunları deyib:
“Biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz”
Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatındaisə deyilir ki, bütün pozuntular araşdırılır və müvafiq tədbirlər görüləcək. Bununla belə nazirlik israrla bildirib ki, “bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir və ölkəmizin demokratik inkişafı yolunda növbəti uğurlu addımdır”.