AstraZeneca: xilas, yoxsa təhlükə? Koronavirusa qarşı vaksin ətrafındakı son mübahisələr haqda hər şey
Avropanın 13 ölkəsi, o cümlədən də Fransa, Almaniya, İspaniya və İtaliya koronavirusa qarşı AstraZeneca peyvəndinin tətbiqini dayandırıb və onun təhlükəsizliyi ilə bağlı əlavə məlumat gözləyir. Vaksinin tromba səbəb olması haqda məlumat yayılandan sonra belə qərar verilib. Amma peyvəndin istehsalçısı, Oksford Universiteti, beynəlxalq nizamlayıcı orqanlar və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumatlara dair heç bir sübut yoxdur.
Avropa İttifaqının digər üzvləri, o cümlədən də Belçika və Polşa AstraZeneca vaksininin tətbiqini davam etdirirlər. Böyük Britaniya hakimiyyəti də bilbirir ki, vaksinasiyanı dayandırmayacaqlar.
Böyük Britaniyada artıq 11 milyomdan çox insan AstraZenecanın ən azı bir dozasını alıb və həddən artıq ölüm hallarına və ya tromb yaranmasına dəlalət edən heç bir əlamət də olmayıb.
Çexiya və Ukrayna da vaksindən istifadəni davam etdirir. Martın 15-də Gürcüstanda AstraZeneca ilə vaksinasiya başlayıb.
- Gürcüstanda COVID-19-a qarşı vaksinasiya başlayıb
- Çin peyvəndi Azərbaycanda: cavabları olan suallar
- Koronavirus vaksinləri haqda – pandemiyanı yenmək mümkün olacaqmı və nə zaman?
Avropa Dərman Vasitələri Agentliyi (EMA) yekun rəyini martın 18-də dərc edəcək, amma qurum rəhbəri Emer Kuk bildirib ki, AstraZeneca preparatının üstünlüyündə “qəti əmindir”.
“Tromb bir neçə ölkədə aşkarlanıb, onilliklər boyu ümumilikdə əhali arasında nisbətən daha tez-tez rast gəlinir”, – Kuk deyib.
ÜST ölkələri vaksinasiyanı dayandırmamağa çağırıb, çünki “aşkarıanan trombların vaksinasiya ilə əlaqədar olmasına dair heç bir sübut yoxdur”.
Aşağıdakı qrafik dünyada vaksinasiyanın necə getdiyini göstərir. 100 min nəfərlik əhaliyə düşən vaksin dozasının sayına görə hesab aparılıb. Əksər vaksinlərin iki doza vurulması tələb olunur.
AstraZeneca peyvəndinin istifadəsini dayandıran ölkələrdən şərh
İlk bu qərarı Danimarka qəbul edib. Onun ardınca Norveç və İslandiya gəlib, daha sonra Almaniya, Fransa, İtaliya, Kipr, İspaniya, Latviya və İsveç.
“Bu pauza və analizi doğruldan bir neçə çox qeyri-adi və narahatlıq doğuran hal olub. Bu itirilmiş vaxt deyil”, – hökumətin məsləhət şurasına rəhbərlik edən fransalı immunoloq Alen Fişer deyib.
Bununla yanaşı vaksinasiyanın dayandırılması haqda qərar Avropada bir çox siyasətçinin və həkimin tənqidinə səbəb olub.
Almaniyallı epidemioloq Karl Lauterbax deyib ki, bu siyasi qərardır. “Artıq mövcud olan göstəriclərə görə, vaksinasiyanın üstünlükləri riskləri əhəmiyyətli dərəcədə üstələyir, xüsusən də yaşlı insanlar üçün”, – o, Deutschlandfunk radiosuna bildirib.
Polşanın Vaksinasiya Şurasının rəhbəri Mixal Dvorçik deyib ki, bu preparatdan imtina edən ölkələr “bəzi medialarda məlumatın qərəzli təqdimatına görə panikaya düşüblər”.
Avropada yoluxma hallarının yenidən artması fonunda “xeyri riskini üstələyir”
Avropanın böyük hissəsi var gücü ilə yeni koronavirus pandemiyası dalğasının qarşısını almağa çalışır. Bir çox ölkələr yenidən məhdudiyyətləri sərtləşdiriblər.
Almaniyada son bir həftədə yoluxma halları 20 faiz artıb. Fransanın baş naziri Jan Kasteks bildirib ki, ölkə pandemiyanın “bir növ üçüncü dalğasındadır”. Norveç paytaxtı Oslo daha sərt məhdudiyyətlər elan edib. İtaliya və Hollandiya da yenidən sərt qadağalara başlayıb, o cümlədən də hərəkətin kəskin məhdudlaşdırılması ehtimalını nəzərdən keçirir.
COVID-19 – yoluxmaların müqayisəli statistikası
Son sutka ərzində martın 16-da Fransada 30 minə yaxın yeni yoluxma halı qeydə alınıb (dünyada üçüncü yerdədir). İtaliyada sutka ərzində 20 396 (düynada beşinci yer), Almaniyada isə 9290 (dünyada 11-ci yer) yeni yoluxma halı aşkarlanıb.
Milyon nəfər əhaliyə düşən yoluxma sayına görə ilk 20 ölkə:
- Andora
- Monteneqro
- Çexiya
- Cəbəli-Tariq
- San Marino
- Sloveniya
- Lüksemburq
- ABŞ
- İsrail
- Portuqaliya
- Panama
- Aruba
- Litva
- Bəhreyn
- Sen-Bart
- İsveç
- Belçika
- Gürcüstan
- Lixtenşteyn
- İspaniya
Ermənistan milyon nəfər əhaliyə düşən yoluxma sayına görə dünyada 33-cü, Azərbaycan isə 81-ci yerdədir.