Gürcüstanda COVID-19-a qarşı vaksinasiya başlayıb
Gürcüstanda COVID-19-a qarşı vaksinasiya başlayıb. İlkin mərhələdə peyvəndlər tibbi heyətə vurulacaq. Məşhur həkimlər hamının gözü qarşısında, telekameralar önündə canlı yayımda vaksinasiya olunublar.
Xəstəliklərə nəzarət üzrə milli mərkəzin rəhbərinin müavini Paata İmnadze bunu edən ilk insanlardan biri olub.
“Peyvənddə qorxulu heç nə yoxdur, – vaksinasiyadan sonra Paata İmnadze deyib. – Bu gün ölkəmiz üçün vacib gündür. Hamı anlamalıdır ki, bu vaksin ölkəmizi normal həyata qaytarmaq üçün yeganə üsuldur”.
Peyvənd vurdurmaq və bu yolla özünü və ölkəni müdafiə etmək çağırışı ilə infeksion xəstəxananın direktoru Marina Ezuqbaya da çıxış edib:
“İnsanlar peyvənd vurdurmağa razılaşa da bilərlər, razılaşmaya da. Lakin vaksinasiyanın əleyhinə olanlar müəyyən məənada ölkəyə qarşı çıxırlar. Mən vaksinasiya əleyhdarlarını öz qorxularını dəf etməyə və peyvənd olunmağa çağırıram, bununla onlar həm özlərini, həm ailələrini, həm də ölkəni qoruyarlar”.
Respublika xəstəxanasında vaksinasiya prosesində Xəstəliklərə nəzarət milli mərkəzinin direktoru Amiran Qamkrelidze də iştirak edib. Onun sözlərinə görə, vaksinasiyanın başlanması çox yaxşıdır. Lakin əsas olan onun bitirilməsidir.
“Bu il bütün dünyada 600-700 milyon nəfər peyvənd olunmalıdır. Bunu etsək. həyatın normal rotminə qayıdarıq”, – Qamkrelidze deyib.
“AstraZeneca”nın bəyanatı: Vaksinasiyadan trombozun inkişafı riski təsdiq olunmur
Bir sıra Avropa ölkələri bəzi pasiyentlərdə peyvənddən sonra trombozun inkişafı üzündən “AstraZeneca” ilə vaksinasiyanı dayandırıblar.
Britaniya-İsveç əczaçılıq şirkəti olan “AstraZeneca”nın nümayəndələri bildirirlər ki, Aİ və Böyük Britaniyada artıq 17 milyondan çox insan vaksinasiya edilib. Onların vəziyyətinin monitorinqi göstərir ki, vaksin təhlükəsizdir və trombozların yaranma riski heç bir yaş qrupunda təsdiq olunmur.
Şirkət həmçinin məlumat verir ki, vaksinasiya edilmiş 17 milyon nəfərdən yalnız 15-nə dərin venaların trombozu diaqnozu qoyulub və 22 nəfərdə ağciyər arteriyasının emboliyasına rast gəlinib. Bu isə vaksinin tətbiqinə əks-göstəriş ola bilməz, çünki trombların yaranması ilə bağlı qeydə alınmış halların sayı orta hesabla əhali arasında gözlənilə bilən yüzlərlə haldan aşağıdır.
- Koronavirus vaksinləri haqda – pandemiyanı yenmək mümkün olacaqmı və nə zaman?
- Facebook-da müalicə və ya Gürcüstanda “alternativ səhiyyə sistemi”. Video-hekayə
Martın 13-də Gürcüstan vaksinlərin paylanması üzrə beynəlxalq COVAX platforması vasitəsilə 43 200 doza “AstraZeneca” vaksini alıb. Bu vaksin Cənubi Koreyanın “AstraZeneca-SKBio” şirkəti tərəfindən istehsal olunur.
Bu, Gürcüstanın aldığı ilk vaksin partiyasıdır.
Vaksinin alınmasında Gürcüstan hökumətinə BMT-nin uşaq fondu (UNİCEF) yardım edib. Gürcüstanda vaksinasiya prosesi ölkənin 82 tibb müəssisəsində başlayacaq.