Annuşka
O, bir il əvvəl güllə yarasından həyatını itirdi. Bu iş bütün Qafqazda rezonans yaratdı, çünki Anna Sanakoyeva Beynəlxalq Qızıl Xaç Komitəsinin işçisi, onun qətlində şübhəli bilinən isə Cənubi Osetiyanın Znaur vilayətinin DİN tədqiqat idarəsinin rəisi olub. Və prezident Leonid Tibilov dərhal işi öz şəxsi nəzarəti altına götürdü.
Hadisə belə olub. 2014-cü il noyabrın 2-nə keçən gecə qız DİN əməkdaşı Murman Kuluxovun yanında olub və ölümcül güllə yarası alıb. Bir qədər sonra Kuluxov müvafiq orqanlara könüllü şəkildə gəlib və Annanın özünə qəsd etdiyini bildirib. Mərhumun yaxınları və dostlarından heç biri buna inanmır, çünki onların sözlərinə görə, məhz bu zaman qız həyatının uğurlu dövrünü yaşayırdı: onun işdə vəzifəsini artırmışdılar, nüfuzlu müsabiqədə qalib gəlmişdi və Londona oxumağa gedirdi.
Yalnız indi, bir ildən çox vaxt keçəndən sonra onu bilənlərin Annuşka deyə çağırdığı Anna Sanakoyevanın işi üzrə dinləmələr başlayıb.
Məhrumun bacısı Janna Sanakoyena danışır
Prosesi aparan hakim Fatima Parastayeva nəticədə toplanan məlumatları yetərsiz hesab edərək, işi əlavə istintaqa göndərdi.
Məhkəmə iclası olduqca gərgin şəraitdə keçirilirdi. İttihamçı tərəf Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Dövlət Məhkəmə-tibbi və Kriminalistik Ekspertizalar Mərkəzinin filialının rusiyalı mütəxəssisləri tərəfindən aparılan ekspertizalarının nəticələrini açıqladı.
Prokuror bildirdi ki, ekspertiza nəticəsində rusiyalı ekspertlər belə bir qənaətə gəliblər ki, Anna Sanakoyeva özü özünə atəş aça bilməzdi. Ekspertiza aşağıdakı məlumatlara əsaslanır: atəş bucağının tutuşdurulması, güllə yarasının xarakteri, mərhumun boyu, onun sağaxay olması, ölüm anında Sanakoyevanın cəsədinin vəziyyəti. Bundan başqa, Annanın əllərindən götürülən mayedə barıt izi yoxdur, amma Kuluxovun gödəkçəsinin qolunda açılan atəşdən qalan hisin izləri var, bu da ittihamçı tərəfin versiyasına görə, o deməkdir ki, atəş açılan zaman Kuluxov mərhumun yanında olub.
Atəş Kuluxovun mükafatlandırıldığı qısa lüləli “Yarıqin silahından açılıb.
Müttəhimin vəkili Yuri Baqayev müdafiə etdiyi adam barəsində seçilən qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırdı, çünki onun firkincə, Kuluxovun həbsi əsassız şəkildə uzadılır. Vəkil qəti imkan tədbirinin dəyişdirilməsinə əsas kimi həm də Kuluxovun üç uşaq atası olduğunu göstərdi. Bu da zərərçəkən tərəfin vəkilinin müvafiq etirazına səbəb oldu.
Məhrumun bacısı Janna Sanakoyena danışır
Məhkəmə iclasının yekununda hakim dövlət ittihamçısına cinayət işinin materiallarını qaytaraq, cinayətin Cinayət-Prosessual Məcəlləsinə əsasən işdə əks olunmalı olan motivlərini və məqsədini müəyyən etməyi xahiş etdi, o həm də Sxinvali sakini Anna Sanakoyevanın qətlində şübhəli bilinən Murman Kuluxovun həbs müddətini 2016-cı il aprel ayına qədər uzatdı.
Bu iş üzrə hər iki vəkili tərəflər Rusiya Federasiyasından dəvət ediblər.