Almaniyadakı rok festivalında pivə boru kəməri ilə
Almaniyanın şimalında Wacken Open Air beynəlxalq rok festivalının təşkilatçıları özlərinin şəxsi pivə boru kəmərini tikəcəklər, o da açılış günü, avqustun 3-də işə düşəcək.
Hər il bu festivalın iştirakçıları 400 min litrə yaxın pivə içirlər. Kiçik Vaken qəsəbəsində keçiriləcək bu musiqi festivalına dünyanın müxtəlif ölkələrindən 74 minə yaxın turist gəlir – qəsəbənin özündə daimi yaşayan əhalinin sayı isə 2 min nəfərdən azdır.
Boru kəmərinin iki əsas təyinatı var. Əsası torpağı festivala pivə daşıyan yük maşınlarının təkərlərinin altında əzilməkdən qorumaqdır. Həm də boru kəməri festival iştirakçılarını küpləri daşımaq, boşalanları dolu küplərlə əvəz etmək məcburiyyətindən azad edəcək.
Eyni zamanda kanalizasiyanın yenilənməsi üzrə işlər gedir, həm də içməli suyun daşınması üçün xüsusi sistem tikilir.
Bu yeniliklərə qoyulan ümumi sərmayələrin həcmi təxminən bir milyon avro təşkil edir.