“Ağıllı şəhər” şou deyil
“Ağıllı şəhər Bakı intellektual oyundur, amma bu oyun elitar klubda deyil, qarşında bir parç pivə ilə rahat pabda keçirilir.
Televiziya prodüseri, layihənin həmmüəllifi və əlaqələndiricisi olan Fuad Hüseynov deyir ki, “Ağıllı şəhər Bakı şou deyil. “Bu daha çox həmfikir, intellektual səviyyəsi eyni olan adamların ünsiyyətidir. “Nə? Harada? Nə vaxt oyunundan fərqli olaraq, bu birincisi, televiziya verilişi deyil, ikincisi də, burada qələbə əsas deyil. Ən əsası cümə günü dostların, maraqlı insanların çevrəsində xoş və faydalı axşam keçirməkdir. Siz istirahət edir, eyni zamanda da özünüzə artıq əziyyət vermədən maraqlı suallara cavab verirsiz. Suallar çox sadə mövzulara aiddir – filmlər, musiqi, populyar ədəbiyyat. Düzdür, texniki nöqteyi-nəzərdən, fərq yoxdur – cavab üçün vaxt verilir (müxtəlif növ tapşırıqlar üçün fərqli vaxt), sonra da bütün komandalar aparıcıya eyni vaxtda cavablar yazılan vərəqləri uzadırlar.
“Ağıllı şəhər “gənc oyundur, onun hələ bir yaşı yoxdur. İndi oyunda 10 komada iştirak edir, başlayanda isə onların sayı dörd idi. Oyunun keçirildiyi daimi bir yer yoxdur – cümə gününün axşamı üçün kafe və ya pab icarəyə götürməli olurlar. Bununla belə, Fuad Hüseynov nikbinliyini itirmir və yeni planlar qurur, məsələn, Azərbaycan və ingilis dillərində oyunlar təşkil etməklə bağlı (indi oyunlar rus dilində keçirilir).
10 mart 2016-cı ildə dərc edilib