Abxaziyada qeyri-hökumət təşkilatları və jurnalistlər vətənə xəyanət ittihamı altında
Abxaziyada sosial şəbəkələrdə yenə də xain axtarırlar – və bu rolda yenə adətən olduğu kimi qeyri-hökumət təşkilatları və jurnalistlər çıxış edir.
Qalmaqal hansısa naməlum şəxs “Biznes və ya Apsnanın xəyanəti” başlığı altında status dərc edəndən sonra başladı. Bu statusa 2016-cı ilin əvvəllərindən reallaşdırılan “Abxazlar və gürcülər tərəfindən abxaz dilinin qorunub saxlanması” adı altında layihə haqqında materiallar əlavə edilib, özü də artıq çoxdandır ki, internetdə açıq şəkildə yayılan materiallar.
Bu sənədlərdən birində layihə iştirakçılarının adları sadalanır, onların arasında məşhur abxaz yazıçıları və linqvistlər də var.
Layihənin detallı büdcəsi və görüşlərdən birindən fotolar da əlavə edilib.
Sonda da belə bir yekun vurulur:
“PALAG layihəsinin əsas məqsədi Abxaziya cəmiyyətinin Gürcüstanla qarşılıqlı münasibətlərə cəlb edilməsi, perspektivdə sizinlə bizim ölkəmizin gələcəyini müəyyən edəcək Abxaziya gənclərinə gürcülərə və onların okeanın o tayındakı sahiblərinə xeyir edən təsirini göstərilməsidir!”.
Sosial şəbəkələrdə anındaca görüş iştirakçılarının milli maraqlara xəyanətdə ittiham dalğası başladı. Sonra da ittiham olunanların dairəsi genişləndi və bu dairəyə artıq Abxaziyanın bütün qeyri-hökumət təşkilatları düşdü.
İttiham edənlərin əksəriyyətini anonimlər təşkil edir. Amma bunu açıq şəkildə edənlər də var.
O cümlədən Abxaziya ordusunun keçmiş generalı Zakan Nanba yazır:
Dilin bərpası layihəsində iştirak etmiş linqvistlərin adını Nanba dırnaq arasında çəkməyi təklif edir və “QHT-lərin bəslədiklərinin fəaliyyətinə hərtərəfli qiymət verməyin” vacibliyini vurğulayır.
Onlayn müzakirələrin digər iştirakçıları fəal şəkildə Abxaziyanın xüsusi xidmət orqanlarını qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə məşğul olmağa çağırır. Şərhlərdə həm də hazırda Rusiya Federasiyasında mövcud olan qanuna analoji olaraq Abxaziyada da “Xarici casuslar haqqında qanun”un qəbul edilməsi ideyası dəstəklənir.
S osial şəbəkələrdəki müzakirələrə əks “partiya” da qoşulub – “press” altına düşən yazıçı, linqvist və qeyri-hökumət təşkilatlarının Abxaziya üçün, onları xəyanətdə ittiham edənlərdən daha çox etdiyinə əmin olanlar.
Layihənin ABŞ-dan reallaşdırılmasından narazı olan tənqidçilərə Asida Lomiya bir məsələyə diqqət etməyi təklif edir – öz ittihamları üçün onlar Amerikanın Facebook resursundan istifadə edirlər.
A bxaziyada daxili düşmənin axtarışları tam planlaşdırılmış və yaxşı idarə olunan aksiyadır, Abxaziyanın ən nüfuzlu qeyri-hökumət təşkilatı olan “Humanitar proqramlar mərkəzi”nin eksperti Liana Kvarçeliya belə hesab edir.
Liana Kvarçeliya aşağıdakı suallar üzərində düşünməyi və onlara cavab verməyi təklif edir:
- “Niyə məhz QHT-lər praktiki olaraq “daxili düşmən” kimi qəbul edilir?”
- QHT-lərin öz fəaliyyətində davamlı olaraq Abxaziyanın müstəqilliyi və onun demokratik inkişafı naminə çıxış etməsi kimi bu qədər narahat edir?
- QHT-lərin Abxaziyanın beynəlxalq aləmdən təcrid edilməsinin qarşısını almağa, onun ətraf dünya ilə əlaqələrini genişləndirməyə çalışması, bununla da yeri gəlmişkən, Abxaziyanın “işğalı” barədə tezisi dağıtması kimin xoşuna gəlmir?
- QHT-lərin abxazlı tələbələr üçün Avropa universitetlərində təhsilini davam etdirmək üçün imkan yaratması kimin xoşuna gəlmir?
Yazıçı, linqvist və qeyri-hökumət təşkilatlarına hücum çəkənlər Abxaziyanın müstəqil dövlət kimi yaşaya bilməyəcəyi ideyasını dəstəkləyənlərdir, Kvarçeliya belə hesab edir.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır