Abxaziyada deputatlığa namizədin avtomobili yanıb
Suxumda deputatlığa namizəd Batal Aybanın maşını yanıb.
Hadisə martın 16-ı, cümə axşamı baş verib. Avtomobil deputatlığa namizədin seçki qərargahının yanında, Darsaliya və Dzidzariya küçələrinin tinində saxlanılıb.
Prokurorluq iki əsas versiayanı nəzərdən keçirir – yandırılma və öz-özünə yanma.
Prokuror Ruslan Tırkbanın sözlərinə görə, “yanğın mühərrikdə baş verib, hadisə yerinə baxış keçirilib, bütün zəruri izlər götürülüb ki, bunlar da nəticədə maşının öz-özünə yanması, ya da yandırılması nəticəsinə gəlməyə birmənalı şəkildə imkan yaradacaq”.
Batal Aybanın müvəkkili bloger Axra Smır Facebook-da adamlardan düşünülməmiş nəticələrdən uzaq durmalarını xahiş edib.
-
Batal Ayba ötən bazar səsvermə nəticəsində 4 nömrəli Suxum seçki dairəsi üzrə parlament seçkilərinin ikinci mərhələsinə keçib. Bu dairədə onun rəqibi Erik Rştunidir.