Abxaziya prezidenti beynəlxalq uşaq mahnı müsabiqəsinin qalibinə ev tikəcək
Abxaziyanın Oçamçira şəhərinin 11 yaşlı sakini Valireya Adleyba “Tı super!” layihəsinin qalibi olub. “Tı super!” layihəsi iştirakçılarının final çıxışı Moskvada, Kreml sarayında baş tutub.
Suxum filarmoniyasının zalında müsabiqənin retranslyasiyası oldu, zal dolu idi, baxmayaraq ki, konsert siqnalı Abxaziyanın hər yerində tutan Rusiyanın НТВ telekanalında yayımlanırdı.
Müsabiqənin keçirildiyi üç ay ərzində Oçamçira internatının yetirməsi öz vətənində ən məşhur adama çevrildi. Valeriyanın dəstəyi üçün sms-səsverməsi zamanı Abxaziya sakinləri yarım milyondan çox mesaj göndəriblər, halbuki respublikanın əhalisinin sayı 250 mindən çox deyil.
Final konsertinə Valeriya Adleybanı ölkənin vitse-prezidenti Vitali Qabniyanın başçılıq etdiyi hökumət nümayəndə heyəti gəlmişdi.
Abxaziyadan olan gənc müğənni “Tı super!” müsabiqəsinin efirində göz yaşlarıyla artıq böyük səhnədə çıxışları zamanı görə bilməyəcəyi babası haqqında danışdı. Babası evdə yanğın zamanı nəvəsinin əşyalarını xilas edərkən həlak olub. Yanğın nəticəsində ev tamamilə yanıb. Valideynlər Valeriyanı Oçamçira internat məktəbinə qoymalı olublar, çünki qalmağa yerləri yoxdur.
Valeriya səhnədən dedi ki, təzə evinin olmasını arzulayır. Buna cavab olaraq da Abxaziya prezidenti Raul Xadjimba Leranın ailəsinə evi bərpa etməkdə kömək etməyə söz verib.
Prezidentin mətbuat katibi Naala Avidzva bildirib ki, hazırda ailəyə artıq maliyyə dəstəyi göstərilib. Tezliklə də Valeriya Adleybanın öz valideynləri və kiçik qardaşı ilə yaşaya biləcəyi evin tikintisinə başlanılacaq.