Anzor Aqumaanın “Köhnə Suxum” kitabının prezentasoyası fevralın 1-də Abxaziya paytaxtında Rus Dram Teatrında baş tutub.
Kitab XIX əsrin sonu, XX əsrin əvvəllərində Suxum memarlığından bəhs edir. Tanınmış tarixçi, rəssam və arxeoloq kitab üçün materialları toplamaq üçün 30 ildən çox vaxt sərf edib.
Abxaz restavrator və arxitektoru Georgi Baronin qeyd edib ki, Aqumaanın kitabı ilk növbədə şəhərin memarlığını əks etdiyi üçün dəyərlidir, çünki qısa müddətdə Suxumda bir neçə siyasi rejim dəyişmişdi və bu da şəhər memarlığında öz izini buraxmaya bilməzdi.
Anzor Aqumaa (1958-2012) 20 il Abxaziya Tarixi-Mədəni İrsinin Qorunması İdarəsinin rəisi işləyib, Dmitri Qulia adına Abxaziya Humanitar Araşdırmalar İstitutunun elmi işçisi olub. Bir neçə kitab müəllifidir.
Məqalədə ifadə olunmuş fikirlər müəllifin terminologiya və nöqteyi-nəzərini əks etdirir, redaksiyanın mövqeyilə üst-üstə düşməyə bilər.