Yerevanda Ayvazovskinin 200 illiyinə həsr olunmuş sərgi açılıb
Foto: Lüsi Sarkisyan, JAMnews
Ermənistanın Milli Qalereyasında dünyaca məşhur erməni marinist rəssam Ovanes (İvan) Ayvazovskinin 200 illiyinə həsr olunmuş “Yaradılış” sərgisi açılıb.
Ayvazovskinin yubileyi UNESKO-nun 2017-ci il xatirə tədbirləri siyahısına daxil edilib.
Ayvazovskinin rəsmləri dünyanın aparıcı muzeylərində, o cümlədən də Luvr və Ermitajda, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.
Sərgidə Ayvazovskinin 6 min əsərindən 52-i yer alıb, bunların arasında qrafik, sənədli və dekorativ işlər var.
Ermənistanda ilk dəfə Venesiyadakı Mxitaryan abbatlığının kolleksiyasından “Xaos: Dünyanın yaradılışı” silsiləsi nümayiş olunur.
Mxitarçılar – erməni katolik monax ordenidir. Fəaliyyətinin əsas istiqaməti erməni xalqının mədəni inkişafı, dilinin və qədim erməni yazılı abidələrinin qorunub saxlanması, Yaxın Şərq ölkələrində mübəlliğlik işidir. Ordenin 11 monastırı var.
İngiltərə marinisti Uilyam Terner Ayvazovskinin işlərini Romadakı qalereyalardan birində görüb və onlardan heyrətə gələrəkyazıb: “Mən yeni qalereyaya girdim və təlatümlü dniz məni ağuşuna aldı. Mən dəhşətə düşmüş kimi geri çəkildim: möhtəşəm an, incəsənətin yanıltması”.
Bu sərginin qapanışına qədər Roma Papası XVI Qriqori 26 yaşlı Ovanes Ayvazovskiyə Ali Papa Mükafatı – qızıl təqdim edib, “Xaos” əsəri isə Papanın xüsusi sərəncamı ilə Vatikanın mülkiyyəti elan olunub. Ötən əsrin əvvəllərində Papa XIII Levon bu əsəri Mxitiryan monastırına bağışlayıb.
Ermənistanın Milli Rəsm Qalereyasında Ayvazovskinin zənginliyinə görə yalnız Feodosiyanın toplusundan geri qalan əsərlər toplusu istisnasız olaraq bəxşişlər sayəsində yaradılıb və zənginləşib. İlk yeddi əsər Moskvanın azarev seminariyasından gətirilib. Bu rəsmləri vaxtilə ustadın özü seminariyaya bağışlayıbmış.
1925-ci ildə arxitektor Akob Ekizyan qalereyaya Ayvazovskinin dörd əsərini bağışlayıb. 1957-ci ildə Qalereya Ayvazovskinin fırçasından çıxan birdən-birə 41 əsərlə zənginləşib – bu əsərləri erməni mənşəli fransalı sahibkar Abram Cincyan hədiyyə edib.
“Ayvazovski görkəmli marinistdir, mədəniyyətin inkişafına öz töhfəsini verib. O, müxtəlif ölkələrdə çalışan erməni rəssamları bir yerə toplamağı xəyal edirdi ki, ümumi səylərlə erməni rəssamlıq sənətinin inkişafına nail ola bilsinlər. Vaxtilə onlar buna nail ola bilmədilər, amma bu sərgi heç olmasa həmin məqsədə xidmət edə bilər”, – Ermənistanın mədəniyyət naziri Armen Amiryan sərgidə deyib.
15-16 sentyabr sərgisindən sonra Ermənistanda Ayvazovskiyə həsr olunmuş simpozium baş tutacaq.