Rusiyanın Suqrut şəhərindəki qanlı hadisə təsadüfi epizod yox, islam terrorizminin əhatə zonasının genişlənməsidir
Həmin gün Hacıyev əvvəlcə ticarət mərkəzini yandırmağa cəhd göstərib, sonra oradan çıxıb və yoldan keçənlərə bıçaqla xəsarət yetirməyə başlayıb. Daha sonra isə o, polis əməkdaşları tərəfindən açılan atəşlə vurlub.
Avqustun 20-də Rusiyada qadağan olunmuş “İslam Dövləti” təşkilatı baş verən hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb və Artur Hacıyevin bu təşkilata sədaqət andı içdiyi səhnəni əks etdirən video yayıb.
Surqutda hadisə baş verən yer. Youtube-dan kadr
Rusiyanın “Novaya qazeta”sı insidentlə bağlı öz araşdırmasını aparır və hesab edir ki, bu hadisə bir əyalət şəhərində baş vermiş lokal hücumdan daha böyük nəsnələrdən xəbər verir. Jurnalistlərin əsas arqumentlərini təqdim edirik.
Rusiya hakimiyyəti və mediasının reaksiyası yoxdur
Surqutda baş verən faciədən 10 gün keçir, amma indiyə qədər Moskva telekanallarından, ölkə miqyaslı nəşrlərdən heç biri bu hadisə haqda bircə kəlmə belə məlumat verməyib. Halbuki Avropa şəhərlərində baş verən oxşar hadisələr hər dəfə bütün Moskva telekanallarının efirlərində, həm də ətraflı detallarla yayımlanır.
Üstəlik indiyə qədər nə prezident Vladimir Putin, nə də Rusiyanın başqa yüksək rütbəli hakimiyyət təmsilçisi insidentə reaksiya verməyib. Terror hadisəsi ilə bağlı Surqut sakinlərinin Fransa prezidenti Emmanuel Makron öz tvitter səhifəsində dəstəkləyib.
Yerli səviyyədə də vəziyyət qəribə görünür. Yoldan ötənlərə hücum və ticarət mərkəzindəki yanğının əvvəlcədən planlaşdırıldığı yerli hüquq-mühafizə orqanlarına demək olar ki, dərhal məlum olub. Terror aktından sonrakı – avqustun 19-dan 20-ə keçən gecə artıq Surqutda Hacıyevlə bu və ya digər dərəcədə bağlı olan adamların saxlanılması başlanıb.
Amma yerli hakimiyyət və polis şəhər əhalisini hələ də inandırmağa çalışırdılar ki, Hacıyev sadəcə psixi xəstə olub və terror məqsədi güdməyib.
“Novaya qazeta” bildirir ki, terror aktı ilə əlaqədar olaraq onlarla gənc həbs edilib, onlardan bəziləri Hacıyevlə birlikdə eyni məscidə gedib-gəlirmiş, bəziləri onunla birlikdə eyni kollecdə oxuyub. Qəzetin məlumatına görə onlardan dördünə qarşı “Öncədən əlbir olduqları bir qrup şəxslə terror aktı törətmək” maddəsi ilə ittiham irəli sürülüb.
Hücum edənin bioqrafiyası
“O, qurbanlarını seçərək şüurlu şəkildə hərəkət edirdi. Uşaqlı kişiyə toxunmadı, sadəcə soruşdu ki, uşaq onundurmu, sonra ötüb getdi”, – şahidlərdən birinin dediklərindən.
Atrur Hacıyev 2016-cı ildə. Youtube-dan kadr
İyirmi yaşlı Artur Hacıyev əslən Dağıstandandır. Təxminən on il əvvəl onun valideynləri boşanıb və anası oğlu ilə birlikdə Surquta uzaq qohumlarının yanına köçüb. Atası bundan az sonra adam öldürdüyü üçün həbsə düşüb.
Müəllimlərinin sözlərinə görə, Hacıyevin oxumağa heç bir həvəsi olmayıb. O, doqquzuncu sinfi bitirib və bundan sonra Surqut politexnik kollecinə qəbul olub. İl yarım əvvəl onu oradan xaric ediblər və Hacıyev mühafizə firmasına işə düzəlib.
Onun müəllimləri “Novaya qazeta” müxbiri ilə söhbətlərində bildiriblər ki, Hacıyev heç vaxt xüsusi olaraq dindar olmayıb. Son bir neçə ildə o, Surqutun mərkəzi məscidinə gedib-gəlirmiş, amma cinayətdən bir neçə ay əvvəldən etibarən oradan ayağı kəsilib.
Sibir müsəlmanları
Surqutun 450 min nəfərlik əhalisinin təxminən 10 faizi müsəlmanlardır. Şəhərdə ümumilikdə 450 min nəfər yaşayır. “Novaya qazeta”nın istinad etdiyi Karnegi mərkəzinin tədqiqatı göstərir ki, son 25 il ərzində Ural Federal Dairəsində müsəlmanların sayı mütəmadi olaraq artıb.
Rəsmi mənbələrə əsasən, hazırda Surqutdan Suriyaya döyüşməyə getmiş 7 nəfər axtarışdadır. Surqutun da bir tərkibinə daxil olduğu Xantı-Mansiysk Muxtar Vilayətinin 50 nəfərə yaxın sakini haqqında terror əməllərinə aidiyyətləri olduğu üçün beynəlxalq axtarış elan edilib.
2016-cı ildə RF İstintaq Komitəsinin mətbuat katibi bildirib ki, komitə “İslam Dövlətinin Xantı-Mansiysk Vilayəti ərazisində fəaliyyət göstərən özəyini ifşa etməyə” nail olub.