Ermənistanda Covid-19-a qarşı vaksinasiya başlayır, preparatlar klinikalar üzrə paylaşdırılır
Ermənistanda koronavirus infeksiyasına qarşı vaksinasiya başlayır. Aprelin 13-dən Yerevan sakinlərinə peyvənd vurulacaq, 14-dən isə regionlarda da vaksinasiya mümkün olacaq. Hazırda ölkədə vaksinin klinikalar arasında paylaşdırılması gedir. Bu haqda səhiyyə naziri Anahit Avanesyan bildirib.
Onun sözlərinə görə, peyvənd vurdurmaq istəyən hər kəsə ölkəyə gətirilən “AstraZeneca” və “Sputnik V” vaksinləri haqda tam məlumat veriləcək, amma onlar özləri preparataı seçə bilməyəcəklər.
Səhiyyə naziri aprelin 13-dən “AstraZeneca” preparatı ilə vaksinasiyanın başladığı haqda xəbərdarlıq edib, çünki bu peyvənd daha əvvəl alınıb, iki gündən sonra isə Rusiyanın “Sputnik V” peyvəndindən də istifadə olunmağa başlayacaq.
Ermənistana 24 min doza “AstraZeneca” Britaniya-İsveç vaksini və 15 min doza Rusiyanın “Sputnik V” peyvəndi gətirilib.
Daha əvvəl koronavirus xəstələrinə xidmət göstərdiyi üçün yüksək risk qrupuna daxil olan tibb işçiləri vaksinasiyadan keçib. Bunun üçün Rusiya tərəfi Ermənistana min nəfər üçün nəzərdə tutulmuş 2 min doza “Sputnik V” peyvəndini pulsuz verib.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopurkin aprelin 12-də bildirib ki, Rusiya vaksininin Ermənistana gətirilməsi davam edir.
Ermənistanda koronavirusa ilk yoluxma halı 2020-ci il martın 1-də qeydə alınıb. Martın 16-dan 2020-ci il sentyabrın 11-ə qədər fövqəladə vəziyyət rejimi qüvvədə olub. Daha sonrra ölkədə 2021-ci il iyulun 11-ə qədər davam etməli olan karantin elan edilib. Son sutka ərzində 510 yeni yoluxma halı qeydə alınıb. Ölkədə ümumilikdə 203 327 nəfər yoluxub, 182 836 nəfər sağalıb, 3 753 nəfər ölüb.
- Koronavirus: epidemiya haqda miflər özündən daha tez yayılır
- Həyat əvəzinə həyat: müharibədə həlak olan erməni əsgərlərinin valideynləri üçün övlad sahibi olmaq imkanı
Vaksinasiya haqda informasiya
Ermənistanın Səhiyyə Nazirliyinin planına görə 700 min vətəndaş vaksinasiyadan keçməlidir. Amma Ermənistanda vaksinasiya könüllüdür, və hələlik növbəyə cəmi 600 nəfər yazılıb.
Vaksinasiya məsələsi aktual qalır, çünki səhiyyə nazirin sözlərinə görə, Ermənistanda koronavirusla bağlı vəziyyət stabil gərgin olaraq qalır:
“Bir çox pasiyentlərin xəstəliyi çox açır keçir. […] Vaksinasiya risk qrupundan olanların müraciətləri əsasında keçiriləcək, poliklinika həkimləri vətəndaşları bu imkan haqda məlumatlandırmalıdırlar. Əgər qeydiyyatdan keçmiş vətəndaşların sayı vaksin dozasından daha çox olsa, o zaman qeydiyyat davam edəcək və yeni peyvəndlər alındıqca proses bir il davam edəcək”.
Nazirlik yanında peşəkarlar şurası artıq qərar gəlib ki, “AstraZeneca” preparatı 55 yaşdan yuxarı, “Sputnik V” isə 54 yaşına qədər insanlara vurulacaq.
Vaksinlər haqda
Aprelin 8-də Ermənistana Rusiyadan alınan koronavirusa qarşı “Sputnik V” vaksininin ilk partiyası gətirilib.
Martın 28-də Yerevana koronavirusa qarşı 24 min doza “AstraZeneca” Britaniya-İsveç vaksini gətirilib.
Bu preparat dünyada populyarlığına görə koronavirusa qarşı birinci vaksindir, 49 ölkənin müvafiq dövlət orqanları onun tətbiqinə icazə verib. “Sputnik V” populyarlığına görə ikincidir, 45 ölkədə təsdiqlənib.
Ermənistan “COVAX FACILITY” platformasından vaksin almaq haqda danışıqlar aparır. Bu, məqsədi aşağı və orta gəlirli ölkələr üçün vaksinin əlçatımlı olmasını təmin etmək olan beynəlxalq platformadır. “AstraZeneca” preparatı da bu proqram üzrə alınıb. İndi söhbət Amerikanın “Novavax” vaksininin alınmasından gedir.
Bundan başqa, səhiyyə nazirinin sözlərinə görə, Çin hökumət ilə “Sinovac” vaksinin donor çatdırılması haqda ilkin danışıqlar gedir.
“Çox variantda vaksin olacaq”, – Anahit Avanesyan əmin edib.
Daha əvvəl Çin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Qao Fu bildirib ki, Çində hazırlanan koronavirusa qarşı peyvənd yüksək effektivlik göstərmir. Braziliyada kliniki sınaqlar nəticəsində bəlli olub ki, Çinin “Sinovac Biotech Ltd” farmakoloji şirkətinin koronavirus infeksiyasına qarşı preparatının effektivliyi 50,4 faiz səviyyəsindədir.
Müqayisə üçün Rusiya və Qərb vaksininin effektivlik göstəricisi 90 faizdən yüksəkdir.