“Formula-1”in fəsadları
Bakıda “Formula-1 yarışları 17 iyundan 19 iyuna qədər keçiriləcək. Bakılılar üçün bu, nə deməkdir?
- Yeni asfalt və bulvar boyu tribunaların tikintisi.
- “Formula başlamazdan yarım il əvvəl bulvarın bağlanacağı və ora ancaq bileti göstərməklə girməyin mümkün olması barədə yaranan şayiələr.
- Şəhərin yarışın keçiriləcəyi hissələrinə girişi çəpərləyən dəmir torlar. Piyadalar uzaqdan bir-birinə əl edərək, çəpərin bu və ya digər tərəfdən ötüb keçməyin mümkün olub-olmadığına işarə edirlər.
- Şəhərin bəzi mərkəzi məhəllələrinə girmək ancaq pasport təqdim etməklə mümkündür. Başqa yerdə yaşayırsan? Get evinə. “Formula-1in başlanmasından 4 gün əvvəlcədən bağlanan mərkəzi yollar. Hakimiyyətin bir həftə ərzində avtomobildən istifadə etməməklə bağlı nəzakətli xahişi.
- “Facebookda yeni gülməli şəkillər və istehzalı statuslar.
- Və nəhayət ölkə vətəndaşları üçün xoş bir imkan – turistlər üçün biletin qiyməti 340 manatdan başladığı halda, 140 manata ($90) ucuz bilet almaq imkanı!
Dərc edilib: 15.06.2016