Başlandı!
Bu gün Parisdə unikal “Stad de Frans stadionunda Fransa və Rumıniyanın oyunu ilə Avropanın futbol üzrə 15-ci çempionatına start veriləcək. Futbol bayramı düz bir ay davam edəcək və elə həmin stadionda iyulun 10-da başa çatacaq.
Sahiblər:
Fransa İtaliya və Türkiyəni üstələyərək, üçüncü dəfə əsas Avropa forumunu qəbul edəcək ölkə oldu. Bu ölkədə qitənin çempionatları həm də 1960 və 1984-cü illərdə keçirilib.
Fransa yığmasının özü iki dəfə – 1984 və 2000-ci illərdə Avropa çempionu olub. Yəqin ki, bu finallardan ikincisini hamımız xatırlayırıq, bu zaman gərgin mübarizədə, əlavə təyin olunan vaxtda David Trezeqenin təkrarolunmaz qolu fransız azarkeşlərini xoşbəxt etdi.
Çempionatdakı yenilik:
Avro-2016 Avropa çempionatı tarixində 24 komandanın oynayacağı ilk çempionatdır. Onlar hər birində 4 yığmanın olduğu altı qrupa ayrılıb. Pley-off 1/8 finaldan başlayacaq.
Stadionlar:
Oyunlar Fransanın 10 şəhərində keçiriləcək: Bordo (“Stad de Bordo), Lill (“Stad Pyer Morua), Lans (“Stad Feliks Bollar), Marsel (“Stad Velodrom), Nissa (“Alyans Rivyera), Paris (“Park de Prens), Sen-Deni (“Stad de Frans), Sent-Etyen (“Stad Joffrua Qişar), Tuluza (bələdiyyə stadionu), Lion (“Stad de Lümyer)
Turnirin talismanı:
Avropa-2016 çempionatının rəsmi talismanı Superviktor – Fransanın milli yığması formasında olan oğlan oldu. Bu adı o futbol azarkeşləri arasında onlayn səsvermənin nəticəsində alıb.
Superviktorun öz həyat hekayəsi var: atası futbolçu olub, onun özü də futbol oynamağı arzulayırdı. Xüsusi istedadının olmadığı üçün o ancaq dostları ilə oynayırdı. Bir gün Fransanın balaca şəhərlərindən birinin həyətində keçirilən oyun zamanı top meydançadan kənara düşür və o, topun arxasınca qaçır. Otun arasında o, sandıqca, sandıqcanın içində də qırmızı plaş, buts və top tapır. Plaşın köməyilə o sürətlə uçmağı öyrənir, butslar onun texnikasını artırır və oğlan yeni fintlər yaratmağa başlayır, topunu da həmişə özüylə gəzdirir ki, istədiyi vaxt futbol sevərlərlə birlikdə futbol oynaya bilsin.
Avro-2016-nın topu
Turnirin rəsmi topunu ilk dəfə 12 noyabr 2015-ci ildə Zinəddin Zidan özünün “İnstaqramdakı səhifəsində təqdim etdi. Topu “Adidas şirkəti yaradıb və ona Beau Jeu, yəni “Gözəl top adını verib.
Çempionatın himni
Avropa çempionatının himni mayın 13-də təqdim olunub. Bu, DJ Devid Pyer Qetta və isveçli müğənni Sara Larson tərəfindən birgə yazılan “This One’s for You mahnısıdır.
Avro-2016-dan kənarda kim qaldı?
Avropa forumunun əsas itkisi təbii ki, seçmə turnirdə uğursuz oyun göstərən Hollandiya yığması oldu.
Fransa yığmasının məşqçisi Didye Dişarın qərarı ilə, Avro-2016-da Karim Benzera, Matye Valbuen iştirak etməyəcəklər.
Bundan başqa Xatem Ben-Arfa da oyunları televiziya ekranından izləməli olacaq (mövsümü gözəl keçirməsinə baxmayaraq, məşqçi onu kənarda qoyaraq, “Vest Xemdən olan Dimitri Payeni və gənc vunderkind Kinqsli Komanı seçdi).
Çempionatda həm də Fabio Koentrao və ispan sağ müdafiəçisi Daniel Karvaxalın yeri görünəcək, onu “Arsenaldan olan Ektor Belyerin əvəz edəcək. Hazırkı çempionların məşqçisi Visente del Boske əvvəlcə Belyerini çempionata götürmək barədə heç düşünmürdü də. Onun adı İspaniya yığmasına namizədlərin geniş siyahısında da yoxuydu və Karvaxal zədə almasaydı, bu həqiqətən də istedadlı futbolçu turnirdə iştirak etməyəcəkdi.
Aldığı zədəyə görə 2014-cü il dünya çempionatında iştirak edə bilməyən alman futbolçusu Marko Roys Avro-2016-da da azarkeş qismində olacaq. O, indi də eyni vəziyyətə düşüb.
Debütantlar:
Əvəzində Avropa çempionatında adları əksər azarkeşlərə tanış olmayan futbolçular iştirak edəcək. Albaniya, İrlandiya, Uels, İslandiya yığmaları Avropa çempionatının debütantlarıdır. Bəzi futbolçuların yaşı və transfer qiymətləri təbəssüm oyada bilər. Misal üçün, “Qarabağın müdafiəçisi 33 yaşlı albaniyalı Ansi Aqollinin qiyməti 300 min avrodur.
Şimali İrlandiyanın 24 yaşlı sağ müdafiəçisi Konor Maklaflinin qiyməti 250 min avrodur. O, İngiltərənin üçüncü divizionu olan “Flitvud klubunda oynayır. İslandiya yığmasının qapıçısı İnqvar Yonson ikinci Norveç divizionundan “Sandefordun oyunçusudur, qiyməti 100 min avrodur. Və özlərinin qitə birinciliyində debütləri ilə doğma ölkələrinə sözün əsl mənasında möcüzə bağışlayan komandalarda adı çəkilən bir çox digər futbolçular.
Ən bahalı futbolçular:
Turnirin ən bahalı futbolçusu portuqaliyalı Kriştianu Ronaldodur (onun transfer qiyməti 110 milyon avrodur). Arxasınca Uels yığmasının hücumçusu Qaret Beyl gəlir (80 milyon avro). Üçüncü yeri Almaniya yığmasının oyunçusu Tomas Müller tutur (75 milyon avro). Ən bahalı futbolçuların onluğuna polyak Robert Levandovski, fransalı Antuan Qrizmann və Pol Poqba, belçikalı Eden Azar və Kevin de Brüyne, həmçinin ispan Koke və Serxio Buskets də daxildirlər. Maraqlıdır ki, bu onluğun ümumi transfer qiyməti 730 milyon avro təşkil edir.
Proqnozlar:
Proqnozlara gəlincə, totalizatorların təxminlərinə görə, turnirdə ən çox qalib gəlmək şansı sahiblərə – Fransa yığmasına aiddir. Əlbəttə ki, burada təəccüblü heç nə yoxdur, bu yığmanın yarımmüdafiəsi və hücumu Avropada ən yaxşı sayılır: Pol Poqba, “Lesterin tərkibində İngiltərə çempionu N’Qolo Kante (onu əfsanəvi Makelelenin gələcəyi gözlədiyini deyirlər), Dimitri Paye, Blez Matüidi və əlbəttə ki, “Arsenaldan Olivye Jiru.
Fransanı bu sırada arxasınca hazırkı dünya çempionu Almaniya yığması və Fransaya o qədər də yaxşı əhvalda gəlməyən, hazırkı Avropa çempionu olan İspaniya yığması izləyir – son 10 il ərzində o, cəmi ikinci dəfə öz meydanında uduzub və bu məğlubiyyətə ispanlar gözlənilmədən Gürcüstan yığması ilə oyunda düçar olublar.
İngiltərə yığmasının azarkeşləri də turnirə böyük ümidlər bəsləyir. Komandanın gənc, amma həqiqətən də gözəl tərkibi Avropa çempionatında qələbəyə real namizəddir. Həm də yığmanın ən yaşlı azarkeşləri belə onun bu titulu axırıncı dəfə nə vaxt aldığını yaxşı xatırlamırlar. Onlar əsas ümidlərini “Totenhemdən olan oğlanlara – Dele Alli və Xarri Keynə bağlayırlar.
Və təbii ki, Belçika yığmasını da ayrıca qeyd etməyə dəyər. Bu, həqiqətən də gözəl komanda artıq bir neçə ildir ki, addım-addım qələbələrə yaxınlaşır və onların qapıçısı Tibo Kurtuaya inansaq, Belçika yığmasının Avropa çempionu olmaq şansı istənilən digər komandadan az deyil. Düzdür, qrup mərhələsində belçikalıların bəxti gətirmədi. Onlar İtaliya, İslandiya və İsveç yığmaları ilə birlikdə “ölüm qrupuna düşdülər.
İtaliya haqda nə demək olar? Ancaq onu demək kifayətdir ki, bu, İtaliyadır və ondan hər şey gözləmək olar, həm də nəzərə alsaq ki, onu elə bir insan məşq etdirir ki, onun üçün mümkünsüz olan heç nə yoxdur. Hər şeydən əlavə həm də Marko Verattisiz qalan Antonio Kontenin bu, yəqin ki, son illərdə ən zəif tərkibli yığmasıdır.
Heç bir turniri Pelenin proqnozu olmadan təsəvvür etmək mümkün deyil. Bu dəfə o, əsas favorit olaraq İngiltərə və İspaniyanı göstərdi. Bu da ingilis fanatlarının heç də xoşuna gəlmədi – Pelenin proqnozları heç vaxt çin olmur.
Dərc olunub 10.06.2016