Qafqazın fəxr etdiyi 15 futbolçu
Nikita Simonyan
Suxumu məktəbinin yetirməsi olan Nikita Simonyan, həm oyunçü, həm də məşqçi kimi 40-50 –ci illər sovet futbolunun ən tanınmış və müvəffəqiyyətli ulduzlarından idi. Moskva “Spartak-nın bütün dövrlər üçün ən yaxşı bombardiri (160 qol), SSSR-nin həm məşqçi, həm də oyunçu kimi dördqat çempionu, SSSR kubokunun oyunçu kimi ikiqat, məşqçi kimi dördqat çempionu. 1956-cı il Melburn olimpiyadasının qalibi.
David Kipiani
SSSR –nin yığma komandasının tərkibində oyunlara az cəlb olunsa da (sadəcə 19 oyun və 7 qol), Tbilisinin 1971 – 1982-ci ildən “Dinamo-sunun tərkibində oyunları Kipianini gürcü və Sovet futbolunun ulduzu elədi. 1981-ci ildə “Dinamo- Tbilisi UEFA kubokunun qalibi olduqda David Kipiani komandanın ən parlaq ulduzu idi. Oyunçu karyerasını bitirdikdən sonra Kipiani məşqçi kimi karyerasını davam etdirməyə başladı. 17 sentyabr 2001-ci ildə 49 yaşında Kipiani avtomobil qəzasında həlak oldu.
Kaxa Kaladze
Güman ki, Kaxa Kaladze bütün Qafqaz tarixinin ən yaxşı futbolçularından idi. O, Gürcüstanın və Ukraynanın “Dinamo-sunun və İtaliyanın “Milan klubunun tərkibində oynamışdır. “Milan klubunun tərkibində əsas müdafiəçisi kimi iki dəfə ən nüfüzlü klub turniri olan Çempionlar liqasının, Avropa Super kubokunu qalibi olmuşdur. Fotbol karyerasını bitirdikdən sonra siyasətlə məşqul olmağa başladı. Hal-hazırda Gürcüstanın Energetika naziridir.
Vitaliy Daraseliya
Abxaz futbolunun yetirməsi olan Vitaliy ilk dəfə 17 yaşında Tbilisi “Dinamosunun tərkibində debut etmişdir. Sonra isə 20 yaşında Sovetlər Birliyi yığmasının əsas tərkibində çıxış etmişdir. Yüksək sürət, özünəməxsus texnika, meydanı görmək qabiliyyəti və çalışqanlıq- bütün bu xüsusiyyətlər birlikdə Vitalini öz dövrünün ən məhşur yarımmüdafiəçisi elədi. 1980-1981-ci ildə Kuboklar Kubokunun final görüşündə məhz onun “Karl Çeys qapısına vurduğu qol tblisi “Dinamosunu tarixinin ən yüksək zirvəsinə qaldırdı. O, 1985-ci ildə 25 yaşında avtomobil qəzasında həlak oldu. Vitaliy Daraseliya XX əsr Abxaziya tarixinin ən yaxşı futbolçusu adlandırılıb.
Valeriy Qazayev
Osetin futbol məktəbinin yetirməsi olan Valeriy Qazayev 70-80 –ci illərdə sovet futbolunun ən yaxşı hücümçusu idi. Ölkə çempionatlarında o, Moskvanın “Lokomotiv və “Dinamo həmçinin Tbilisinin “Dinamo komandalarının tərkibində çıxış etmişdir. Karyerasını bitirdikdən sonra sahəsində tanınmış məşqçilərdən biri oldu. 2005-ci ildə onun rəhbərlik etdiyi ÇSKA klubu UEFA kubokunun qalibi olmuşdur. Həmin il o, UEFA-nın reytinqində “Ən yaxşı Məşqçi titulu almışdır.
Murtaz Çurçilava
Gürcü və Sovet futbolunun ən yaxşı müdafiəçisi. Xurçilava Sovetlər birliyi yığma komandasının kapitanı olmuş iki gürcü futbolçudan ( Aleksandr Çivazde də həmçinin SSSR yığma komandasının kapitanı olmuşdur) biridir. SSSR-i çempionatında o tbilisi “Dinamo-sunun tərkibində çıxış etmişdir. Futbolçu karyerasını bitirdikdən sonra, o məşqçi kimifəaliyyətini davam etdirmişdir.
Xoren Aqanesyan
“Ararat komandasının və ümümilikdə erməni futbolunun ulduzu. SSSR çempionatlarında o, “Ararat komandasının tərkibində 295 oyunda çıxış edərək 93 qol vurmuşdur. SSSR liqasında vurulan qolların say göstəricisi erməni futbolu üçün rekord idi. Möhtəşəm texnika və dözümlülük onu sovet futbolunun ən yaxşı yarımmüdafiəçisi səviyyəsinə qaldırdı. 2005-ci ildə keçirilən sorğuda o, XX əsr Erməni futbolunun ən yaxşı oyunçusu adına layiq görülüb.
Aleksandr Çivadze
Çivadze Sovet futbol tarixinin ən yaxşı müdafiəçisi idi. Məhz onun kapitanlığı dövründə tbilisi “Dinamo-su 1981-ci ildə Kuboklar kubokunun qalibi olmuşdur. O sovet futbol tarixinə hər mövsümün sonunda ilin ən yaxşı oyunçusu (1980) və “UEFA-da öz xidmətlərinə görə rubin orden-ə layiq görülən üç futbolçudan biri kimi düşmüşdür (2001-ci cı il).
Levon İşotyan
Levon İşotyan – yerevan “Ararat-ının və SSSR yığmasının 70-ci illərdə hücümçusu olmuşdur. Onun Kiev “ Dinamo-sunun qapısına vurduğu qol 1973-cü il SSSR kubokunun final oyununun taleyini həll etmişdir. Bu oyunla bağlı bir hekayə danışılır. Həmin il onun doğulduğu Qumri şəhərində (o zaman Lelinakan adlanırdı) bir çox futbol həvəskarı şəhər rəhbərliyindən mərkəzi küçədə İşotyana heyəl ucaltmağı tələb ediblər. (73 –cü ildə!) Məmurlar isə çəhadət barmağını gicgada fırladaraq fanatları geri göndərmişdi. Bunun səhəri günü isə şəhərin mərkəzində Lelinin heykəlinin belində 8 rəqəmi yazılmışdı. Bu rəqəm İşoytanın geyindiyi formanın nömrəsi idi.
70-ci illərdə İşoytan Ermənistanda olduqca məhşur idi. Rejissor Qeorqi Daneliya onu “Mimino filmində xatırlamışdır. Filmin əsas qəhrəmanlarından biri olan Rubik Xaçikyan, məhşurlar haqqında danışarkən bu cümləni deyir: “ Ər qadın hər gün artist görürsə, akademik görürsə, İşotyanı görürsə!
Anatoliy Banişevskiy
Banişevskiy Bakıda doğulub boya-başa çatmışdır. O, yerli klub “Nefçinin tərkibinə16 yaşında daxil olmuş və tezliklə əsas yığmaya düşməyi bacarmışdır. Gənc Banişevskinin oyunlarını izləyənlər onun istedadına şübhə etmirdilər. Ölkənin bütün tanınmış klublarından ona təklif gəlsə də o doğma vətənində oynamağa davam etmişdir. 19 yaşında Nikolay Morozov onu ölkənin əsas yığmasına dəvət edir. Onun Marakanda Braziliya –SSSR oyunu zamanı 35-40 metr-dən başı ilə vurduğu qol dünya futbol tarixinin şedevrləri sırasına düşüb.
Axrik Çveyba
Abxaz futbolunun yetirməsi olan Axrik Çveyba karyerasının ilk illərində çətin ti Ginnesin rekordlar kitabına düşəcəyini ağlına gətirə bilərdi. Məhşur mərkəz hücümçusu rekordu demək olar ki öz iradəsi ilə yox, Postsovet məkanında yaşanan coğrafi dəyişiklər nəticəsində qazanıb: Çveyba öz karyerası boyu SSSR, MDB,Ukrayna, Rusiya və Abxaziya komandalarının tərkibidə oynayıb. Onun oynadığı komandalar sırasında Dünya yığması da var. O yalnız peşəkar futbolçu kimi yox,həm də öz varlığı ilə kollektivə ruh yüksəkliyi gətirən gözəl insan kimi tanınırdı. O, kiev “Dinamo-sunun kapitanı olduğu dövrdə və bütün karyerası boyu hər kəs ona “Duşka- Axrik ləqəbi ilə müraciət edirdi.
Ramaz Şenqeliya
Sovet futbolunda qolu hiss etmək qabiliyyəti ilə Ramaz Şenqeliyadan başqa Oleq Bloxin fəxr edə bilərdi.O həmişə doğru zamanda və doğru yerdə olmağı bacarırdı. Tbilisi “Dinamo-su və ya SSSR yığması oynayan zamanrəqibin cərimə meydançasından vurulan top onun payına düşürdü. Onun hüçümu isə adətən qol ilə nəticələnirdi. Öz istedadı nəticəsində o iki dəfə SSSR-n bombardiri adını qazanmışdır.
Vladimir Quçayev
1971-ci ilin payız ayında, 19 yaşında ilk dəfə tbilisi “Dinamo-sunun tərkibində meydana çıxmışdır. O, kariyerasının sonuna qədər “Dinamo komandasında 303 yarışda oynamış, 47 qol vurmuşdur. İki dəfə SSSR və bir dəfə UEFA-nin Kuboklar Kubokunun qalibi olmuşdur. 1981-ci ildə madridin Real komandası onu öz yığmasına dəvət etmiş, lakin nəzakətli “yox cavabı almışdır: “Dinamodan və Tbilisidən ayrıla bilmərəm. Şəhərimi və fanatlarımı sevirəm. “Bu “yox cavabı madridin “Real komandası tərəfindən hörmətlə qarşılandı. Lakin, Tbilisidən və fanatlarımdan başqa mənim “Volqa maşınımın olduğu və onsuz niyə yaşaya bilməyəcəyimi madridlilər başa düşə bilmədi. İspanlar hələ uzun müddət bu nə maşındı axı, ona görə Quçayev Tbilisidən çıxmaq istəmir düşündülər.
Mixail Mexsi
Məhçur sovet futbolçusu, hücümçu. SSSR tərkibində Avropa çempionu ( 1960) və “Dinamo tərkibində SSSR çempionu (1964). Əgər Braziliya futbolunda “Qarrinçi fint vardısa, sovet futbolunda da “Mexsi finti var idi. 50-60-ci illərdə fanatlar onun gözlənilməz fəndlərindən yana dəli olurdu. Alçaqboy,bir qədər dolu bədənli olan bu oyunçu asanlıqla bir neçə rəqibini keçə bilirdi. Deyirlər ki, 60-ci illərdə tbilisi “Dinamo-sunun iştirak etdiyi oyunlara baxmağa gələn fanatlar Mexsinin texniki fəndlərini daha yaxşı görmək üçün stadionun mərkəzində yox, onun oynadığı küncdə oturmağa üstünlük verirdilər. Gürcü futbol sevərləri arasında keçirilən sorğuda o, XX-ci əsr Gürcü futbolunun ən yaxşı oyunçusu seçilib.
Slava Mertvereli
SSSR tərkibində Avropa çempionu (1960), “Torpedo (Moskva) vəDinamo (Tbilisi) tərkibində iki dəfə SSSR çempionu (1960, 1964). Sovet futbolunun şöhrəti! Futbol dünyasının kralı Pele Mexsini şəxsən özü onun fida oyununda iştitak etməyə çağırmışdı. Onun adı xalq folkloruna düşüb- bu məhşurluğun son həddidir. Mertvereli haqqında lətifəni kim bilmir ki. “Bir gün Gürcüstanın kəndlərindən birindən bir kəndli Moskovaya gəlir. Və təəcüblə hər tərəfə asılmış “ Yaşasın KPSS şuarlarını oxuyur. Qarşısına çıxan ilk adamdan soruşur: “Zəhmət olmasa, məni başa salın görüm KPSS kimdir? Slava Metverelini tanıyıram amma Slava KPSS kimdir bilmirəm.Onlar bir komandada oynayır?