Stalin: Tanrı, super-ulduz
21 dekabr İosif Stalinin doğum günüdür. Buna görə də bu hekayə Gürcüstandan, o cümlədən də onun doğulduğu Qori şəhərindəndir. Gürcüstanda Stalini kim və niyə sevir?
Cəmiyyətin Stalin şəxsiyyətinə münasibətini əks etdirən son araşdırma 2012-ci ildə aparılıb. Karneqi Fondu Cənubi Qafqazın üç ölkəsində – Gürcüstan, Ermənistan və Azərbaycanda, həmçinin əlavə olaraq Rusiyada cəmiyyətin sovet sərkərdəsinə münasibətini araşdırıb.
Tədqiqatın nəticələri göstərib ki, postsovet ölkələrinin bir çox sakinləri üçün XX əsrin bu qanlı tiranı, 20 milyondan çox insanı güllələyən və sürgün edən insan hələ də sağdır və böyük hörmək sahibidir. Misal üçün, Gürcüstanda 45 faiz respondent Stalinə pozitiv münasibət bəsləyir.
Həmin tədqiqatın aparılmasından dörd il sonra da çox güman ki, az şey dəyişib. Əksinə, son dörd il ərzində Gürcüstanda Stalinin pərəstişkarları daha da fəallaşıblar – bəzi kənd və şəhərlərdə hətta onun büst və ya heykəlini özbaşına bərpa etmək cəhdləri də olub.
Totalitar faşizm və kommunizm simvolları Gürcüstanda qanunla qadağan edilib. 2013-cü ildə sovet simvolikasının effektiv silinməsi mexanizmlərinin yaradılması məqsədilə parlament “Azadlıq xartiyasına müvafiq dəyişikliklər etdi. Həmin dəyişikliklərin qəbul edilməsindən təxminən üç il keçməsinə baxmayaraq, sovet simvolikası nəinki aradan götürülməyib, əksinə, misal üçün, Stalinin vətəni Qoridə sovet sərkərdəsinin böyük bir şəklinin bəzədiyi supermarket də açılıb.
Stalinin doğma şəhəri Qoridə “dahi sərkərdə az qala Allahdır – toxunulmaz və ölməz. Burada onun çoxlu sayda davamçısı var: bu insanlar inanırlar ki, İosif Djuqaşvili (Stalin) Gürcüstanda dünyaya gələn (və gələcək) ən dahi şəxsiyyətlərdən biridir.
Amma Qori Stalinə hörmət olunan (və hətta sitayiş edilən) yeganə gürcü şəhəri deyil. “Dahi sərkərdənin ölümündən artıq 64 il keçir, amma onun təcəssümünü Gürcüstanın bütün ərazisində müxtəlif formalarda və müxtəlif yerlərdə görmək mümkündür.
Stalin Allahdır
Zemo (Yuxarı) Alavani kəndi. Qonaqlıq vaxtı Stalinin şərəfinə sağlığı xüsusi hörmət və ehtiram əlaməti olaraq ayaq üstə deyilir.
Qori. 5 mart – Stalinin vəfat etdiyi gün “dahi sərkərdənin davamçıları Qoridə toplaşır. Onların fikrincə, Stalinin dövründə həyat indikindən xeyli daha yaxşı idi.
Stalin – qeyb və zühur
Qori. Burada, Qorinin mərkəzində Stalinin 9 metrlik heykəli dururdu. 2010-cu ildə hökumətin əmri ilə bu heykəli əhalidən gizlin gecə yarı postamentdən götürdülər.
Hökumətin bu addımını Qori əhalisinin bir hissəsi təhqir kimi qəbul etdi. Onların fikrincə, “böyük liderin yeri məhz şəhərin mərkəzidir.
Qori. Stalinin heykəlinə xarabalıqda, şəhərin kənarında yer ayırdılar.
Qori, Ateni kəndi. Əsas heykəlin demontajı Stalin davamçılarının dahi sərkərdəyə münasibətini dəyişmədi.
Qori. Stalinin təcəssümünə bütün Gürcüstan üzrə müxtəlif yerlərdə rast gəlmək olar. Bu supermarket Qoridə, Stalin küçəsində yerləşir.
Qori, Ateni kəndi. Bu evin sahibi Jujuna Natadze artıq bir ildir burada yaşamır, amma onun 50 il ərzində topladığı Stalin simvolikası hələ də onun eyvanında qalır.
Qori, Ateni kəndi, Jujuna Natadzenin evinin eyvanı. Bu, Stalinin “üç ölçülü miqyasda portretidir.
Ona sağ tərəfdən baxanda gənc Stalinin, soldan orta yaşlı Stalinin sifətini, düz baxanda isə “dahi sərkərdənin klassik obrazını görmək olur.
Zemo (Yuxarı) Alavani. “Dahi sərkərdənin büstü burada demək olar ki, hər bir sakinin evində durur.
Zemo (Yuxarı) Alavani. İkinci Dünya Müharibəsi illərində həlak olanların memorialı.
Tbilisi, Kukiysk qəbiristanlığı. İkinci Dünya Müharibəsi illərində dilində Stalinin adı ilə həlak olanların memorialı.
Qori, Stalinin muzeyinin həyəti.
Qori. Qori əhalisinin bir hissəsi muzeyin həyətində Stalinin 9 metrəlik heykəlini yenidən ucaltmaq qərarını verir. Amma onlar onu hələ də reallaşdıra bilməyiblər, düzdür, postamentə tez-tez “Dahi sərkərdəyə ehtiram əlaməti olaraq gül qoyurlar.
Stalin superulduzdur
Qori. Vaxt keçdikcə Stalinin adı Gürcüstanda özünəməxsus “turist yeri olub. Sərkərdənin portretini tez-tez köynəklərin üzərində, suvenir şəklində və ya digər formada görmək olar.
Tbilisi. Stalinin büstu əntiq əşyalar mağazasında.
Tbilisi. Stalinin şəkli olan simvolikaya ‘Quru körpü’dəki bit bazarında rast gəlmək olar.
Tbilisi. Stalin şəkli olan simvolika niyə “Quru körpünün turistlər arasında bu qədər populyar olmasının səbəblərindən biridir.
Qori. Hər il minlərlə turist Qoridəki Stalin muzeyinə baş çəkir.
Tbilisi. Tbilisi hostellərindən birində Stalin, Lenin, Karl Marks, Mao və Kastro haqqında pop-art.
Telavi. “Dahi sərkərdənin heykəlinin yanında antistalin strit-artı.
Tbilis. Bu 21 yaşlı qız, Tata Muraçaşvili yəqin ki, Gürcüstanda Stalinin ən gənc pərəstişkarlarından biridir.