“Bakılı oğlanlar” müdafiə olunmaq istəyirlər
Bu günlərdə oxu.az saytı xəbər verdi ki, onun redaksiyasına kömək üçün Azər Məmmədzadə, Bəhram Bağırzadə, Cabir İmanov və Tahir İmanov müraciət ediblər. Onlar problemləri ilə bağlı şikayətlərini ölkə prezidentinə çatdırmağı xahiş etdilər.
1992-ci ildə ŞHK-un Ali liqasındakı qələbələrindən sonra məşhurlaşan “Bakılı oğlanlar komandası hazırda “Planet parni iz Baku teatrı kimi fəaliyyət göstərir. Onlar konsertlər verir, komediya və televiziya verilişləri çəkirlər.
Öz çıxışlarında “Bakılı oğlanlar bir qayda olaraq siyasətçiləri, polisi parodiya edir, sosial problemləri qaldırırdılar. 90-ların sonu, 2000-lərin əvvəlində onların konsertləri anşlaqla keçirdi və konsertlərdə həmişə prezident Heydər Əliyev də olurdu, o çıxışdan sonra səhnə arxasında artistlərlə söhbət edir və cəmiyyətdəki problemləri əks etdirdiklərinə görə təşəkkürünü bildirirdi.
Sonrakı illər və indiki dövrə qədər ŞHK-un oğlanları getdikcə daha ehtiyatla hərəkət edirdi. Yəni onların masqaraya qoyduğu dairə yavaş-yavaş daralırdı. Bütövlükdə, kollektiv həmişə hakimiyyətə qarşı açıq şəkildə loyallıq nümayiş etdirir və heç bir vəchlə heç bir müxalifətçi meylləri dəstəkləmirdi.
Bununla belə indi onların Space telekanalının rəhbərliyi ilə problemləri var.
Mənə dedilər ki, “polisləri tənqid etmək olmaz. “Niyə? Niyə 90-cı illərdə olardı, 2000-ci illərdə olardı, 2015-ci ilin fevral ayına qədər olardı, indi isə olmaz? – sualıma isə sadəcə “Olmaz cavabı verdilər. O zaman mən “Sizə polis idarəsinin rəhbərliyindən zəng ediblər? – deyə soruşdum.
Mənə cavab verdilər ki, “xeyr, sadəcə o kanalın rəhbəri belə qərar alıb. Niyə belə qərar almasının səbəbini soruşduqda isə o, “Olmaz, vəssalam, – dedi. “Bəs başqalarını olar? – soruşduqda isə, “Başqalarını hələlik olar, onları isə olmaz cavabını verdi, – Tahir İmanov danışır, – Son iki konsertimiz efirə verilmədi. Son konserti yazda göstərməli idilər, həmin ərəfədə bir həftəyə yaxın anons getdi. Bazar günü mənə ATV-dən zəng edib dedilər: “Nazirlərin uşaqlığına dair səhnəni çıxarırıq, polisləri tənqid etdiyiniz səhnəni çıxarırıq, vergiləri tənqid etdiyiniz səhnəni çıxarırıq, gömrüyü tənqid etdiyiniz səhnəni çıxarırıq….
Ölkənin iki ən populyar telekanalı olan LiderTV и ANS “Planet parni iz Baku ilə əməkdaşlıqdan boyun qaçırdılar.
“Redaksiyanıza gəlməyimizin məqsədi saytınızın yardımı ilə bu fəryadımızı ölkə rəhbərliyinə, çox hörmətli Prezidentə, çox hörmətli Birinci xanıma çatdırmaqdır, – Azər Məmmədzadə deyir, – Kollektivimizdə 60 nəfər işləyir və onların hamısı indiyə qədər maaşsız oturub. Səbəb telekanallara buraxılmamağımızdır.
Beləliklə, artistlər bütün baş verənləri məmurların özbaşınalığı sayaraq, ölkə rəhbərliyindən onları qorumağı xahiş edirlər. Onları indi qarşılaşdıqları təzyiqlərdən daha çox əvvəllər, o cümlədən hökumət tərəfindən gördükləri hörmətlə indi üzləşdikləri acınacaqlı vəziyyət arasındakı kontrast heyrətləndirir.