Karyerada uğur qazanmaq istəyirsizsə unutmalı olduğunuz doqquz şey
İşin yerinə yetirilməsi müddətində gecikmə və pozuntulara yol vermə
“Liftdə qaldım, telefon söndü, sonra da küçədə bir kişinin başına kərpic düşdü, mən də onu xəstəxanaya aparan zaman arxadan bizi maşın vurdu… – bu qəbildən olan hekayələrin min müxtəlif variasiyası ola bilər və onlar sonsuzdur. Hətta əgər hər şey məhz bu cür olubsa, yaxşısı budur, bu haqda danışmayasız, çünki sizə heç kim inanmayacaq. Kiminsə “liftdə qalması haqqında nağıl dünyanın özü qədər qədimdir və daha heç kim ona inanmır. Əgər siz karyera yüksəlişi etmək istəyirsizsə, liftdə qalmağınız haqqında mümkün qədər az danışın.
Ərinizin dostlarının qonaqlıqları fonunda işgüzar söhbətlər
Uşaq qışqırtısı, qaynananın şikayəti və kafedə dostlarının ucadan gülüşü və Toto Kutunyonun musiqisi fonunda istənilən işgüzar söhbət ciddiliyini itirir. Buna görə də heç vaxt iş partnyorunuzla evdən və ya kafedən söhbət etməyin. Başqa çıxış yolunuz yoxdursa, boş bir otaq tapıb, sakit bir yerə çəkilin. Unutmayın ki, münasib olmayan fon sözlərinizin dəyərini itirəcək. Səs-küylü yerdə işgüzar söhbət üçün daha bir təhlükə var – ola bilsin ki, səs-küyə görə siz həmsöhbətinizi düzgün anlamayasız və vacib bir detalı qaçırasız ki, sözsüz ki bu da işə xələl yetirə bilər.
Şikayət etməyin
Keçmiş iş yerimdə mənim bir iş yoldaşım vardı, o hər gününü kiminsə xəstəliyi, ölümü, ailədaxili və qonşular arası konfliktlər – qonşusunun əmisi oğlundan, əmisi oğlunun qudasının nənəsindən ya da ictimai nəqliyyatda eşitdiyi faciəvi hekayələr danışmaqdan başlayırdı. Biz ondan gününə daha şən notlardan başlamağı xahiş edəndə isə o tanışlarına zəng etməyə başlayır və Alfred Hiçkok üslubunda qorxulu hekayələr danışırdı, özü də elə uca səslə danışırdı ki, biz də eşidə bilək. Onun özü-özlüyündə yaxşı insan olmasına baxmayaraq, biz onun sayəsində həmişə stresdə olurduq və bunun nəticəsi olaraq, hamımız onunla ünsiyyətdən qaçırdıq. Buna görə də o ixtisara düşəndə bizim hamımız qəlbimizin dərinliyində buna bir o qədər də kədərlənmədik. Bu əhvalatı yadınızda saxlayın və mümkün qədər az neqativ məlumat ötürməyə çalışın.
Pasyans açmayın
İş günü zamanı hamının boş dəqiqələri olur, amma iş yerində oturarkən heç vaxt kompüterdə pasyans açmayın və ya rəngli şar oyununu oynamayın. Bundansa internetdə maraqlı məlumat tapıb, onunla tanış olun. Ona görə ki, şar oyunundan başqa heç nə ilə məşğul olmadığınızı müdirinizə pıçıldayan adam mütləq tapılacaq və nəticədə sizin işdəki bütün xidmətləriniz arxa plana keçəcək.
Heç vaxt sosial şəbəkələrdə xidməti işləri müzakirə etməyin
Tanışlarımdan birinin başına belə bir əhvalat gəlib: iş müşavirəsində direktor işçilərə xoş bir xəbər verir, o da götürüb bunu özünün “Facebook səhifəsində yazır. Bu zaman şirkətin başqa işçilərinin bu xəbər haqqında məlumatı yoxuydu və bunu “Faceboookdan öyrəndilər. Bunun nəticəsi pis oldu – tanışımı işdən qovdular. Yadda saxlayın ki, söhbət korporativ informasiyadan gedəndə siz həm real, həm də virtual həyatda dilinizi dinc saxlamalısız.
Müşavirələrdə əsnəməyin
Əgər siz iş müşavirələri zamanı ağzınızı açmadan otursaz, suallar verməsəz və heç bir təşəbbüs göstərməsəz, elə bir təəssürat yarana bilər ki, sizi məşğul olduğunuz iş sadəcə maraqlandırmır və ya siz peşəkar deyilsiz. İş yoldaşlarınıza hətta onlar boş-boş danışanda belə diqqətlə qulaq asın. İş müşavirələri zamanı “Facebooku nəzərdən keçirməklə məşğul olmayın.
İş otağından dostlarınıza zəng etməyin
İş yoldaşlarınızı dostlarınız və ailə üzvlərinizlə telefon danışıqlarınızın şahidinə çevirməyin. Şəxsi məsələlərlə bağlı danışanda başqa otağa keçin və ya aşağı səslə danışın. Heç kimi nə sizin saç ustanızın sevgi macəraları, nə də oğlunuzun məktəbdəki problemləri maraqlandırmır. Və əlbəttə ki, heç vaxt musiqini qulaqcıqsız dinləməyin.
İş masasını “restorana çevirməyin
Heç vaxt iş masasının arxasında kəskin qoxu verən yeməklər yeməyin. Əgər sizin lançınızın iyi pendir və kolbasalı standart sendviçin iyindən daha kəskindirsə, onu özünüzlə işə aparmayın.
Şəxsi gigiyenanıza riayət edin
Böyük adamlarla bu haqda danışmaq rahat deyil, amma yenə də bunu edəcəyik, çünki bu, kifayət qədər aktual problemdir. Bir çox tanışlarımdan eşitmişəm ki, bu və ya digər iş yoldaşı olan xanım və ya kişi şəxsi gigiyena normalarına o qədər də yaxşı riayət etmir. Buna görə də formada olmaq üçün gündəlik duş qəbul etmək, antiprespirantlardan istifadə etmək və paltar dəyişmək kifayət edər.