İSİD motivləri ilə İphone
İphone mağazalar şəbəkəsinin internet səifəsində yayılan video-çarx feysbuk istifadəçiləri arasında etiraza səbəb olub.
Tbilisidə işləyən Apple şirkətinin mağazası öz internet səifəsində ‘iPLUSIS’ adlanan video-çarx yerləşdirib. Video-da əllərində silah tutan insanlar görüntülənib. Videonun sonunda şirkətin reklam mətni və Allahu-Akbar sədaları yayımlanır.
Bu video Gürcüstanın feysbuk istifadəçiləri arasında böyük narazılığa səbəb olub:
Nika Kavtaradze: ‘ Sizə arzu edirəm Stiv Cobzun dalınca gedəsiniz!’
Nestan Nene Kvinikadze: Mənim üçün istər reklam, istərsə də incəsənətin digər növləri vasitəsi ilə fikrin ifadə olunması normal bir haldır. Lakin, iPoone-nun yayımladığı bu reklama görə şirkət ən azı cərimə olunmalıdır. Aidiyyatlı orqanlar buna diqqət yetirməlidir.
Goça Kimutsadze: ‘Düşünürsüz ki, bu zarafatdır və ya bu üsulla kiminsə diqqətini çəkmək olar? Belə şey olar? Bu utanmazlıqdır, həddini aşmaqdır. İpon+, ümid edirəm ki, əməkdaşlığa hazırlaşdığınız Apple şirkəti bu hadisədən sonra sizdən imtina edər.
Anano Aimée: “Mən Apple şirkətinə lazımı tədbirlərin görülməsi tələbi ilə məktub göndərmişəm. Bizdə xalqdan başqa bu cür faktlara fikir verən yoxdur. Müvafiq orqanlar yatib. Buna görə də mən onlara videonun olduğu linki göndərib, İphoneplusSİS haqqında məlumat verdim
Bundan əlavə şirkətin üzr istəməsi tələbi ilə manifest hazırlanıb.
Videoda göstərilir ki, yanvar ayından iphone+ Apple şirkətinin rəsmi partnyoru olur və müvafiq olaraq İphone güclü rəqabət bazarı yaratmaqla istehlakçı hüquqlarının qorunmasına çağırır.
Hüquqşunasların fikrincə, ilk baxışda video-çarxda terrorizmi dəstəkləməsiylə bağlı heç bir motiv yoxdur, lakin “bu video-çarxda yayılan məlumat yenə də araşdırılmalıdır,- internet nəşri “Netqazeti –yə verdiyi açıqlamada Gənc Hüquqşünaslar Assosiasiyasının nümayəndəsi Levon Vepxadze bildirir.
İphone şirkətinin nümayəndəsi də feysbukda yaranmış bu narazıçılığa münasibət bildirib. Onun sözlərinə görə, videonun heç bir siyasi məqsədi olmayıb və söz azadlığının sərhədlərindən kənara çıxılmayıb. Bu sadəcə yumoristik bir klip idi və heç bir başqa məqsədi olmayıb.
Bununla yanaşı şirkətin adından klipin məzmunu ilə bağlı feysbukda açıqlama yayılıb:
“Bu yumoristik video insanlıqdan kənar terror aktının baş verdiyi belə bir çətin dövrdə bir növ terrora etiraz kimi çəkilmişdir. Biz videoda öz etirazımızı göstərməklə yanaşı, bu hadisədən hiddətlənmiş ictimaiyyətə dəstək olmağa çalışmışıq”, bəyanatda deyilir.
İpone-dan gələn bu açıqlama isə güclü tənqidə məruz qaldı:
İphone Plyus-un nümayəndələri yaranmış ajiotaja baxmayaraq klipi silməyəcəklərini bildirsələr də, bir neçə gün sonra video səifədən silindi.
İpone –un çəkdiyi klip ətrafında yaranan skandal bir daha söz azadlığının sərhəddi ilə bağlı məsələni gündəmə gətirdi.
İpone+ şirkətinin cəzalndırılmasını tələb edənlərə Şarli Ebdo jurnalını xatırladılıb:
Paata Şamugia: İsa #jesiusiphone+ olaq qərarına gəldim Klipe baxdım – iyrəncdir
Bütün ölkənin özünü moralist kimi göstərməyə çalışdığı şərhləri oxudum- iyrənclikdir.
Həqiqətən çox ehtiyatsı bir zarafatdır. Şarli Ebdo- jurnalında Rusiya təyyarəsinin qəzaya uğraması Misirdə ilə bağlı yaydığı karikaturalar daha “əxlaqsız idi. Əgər bu məsələdə Şarli Ebdo-nu dəstəklədiksə, eyni işi görən başqasının üzərinə düşməyə mənəvi haqqımız yoxdur. Bu ikili standartdır. Mənim məsələn bu reklamdan çox xoşum gəlmədi. Ümumiyyətlə, bədbəxt hadisələrin məsxərəyə qoyulmasının əleyhinəyəm. Lakin demokratiya elə budur. Əgər bu zarafatda heç bir qanun pozuntusu yoxdursa, xoşumuza gəlmir deyə kiminsə cəzalandırılmasını tələb etməyə haqqımız yoxdur.