Politoloq siyasətçi deyil
Aleksandr İskenderyan — politoloq, Qafqaz İnstitutunun direktoru
Politoloq və siyasi xadimin arasındakı fərq qurbağa ilə bioloq arasındakı fərq kimidir. Siyasi xadim siyası mübarizədə iştirak edir, bu və ya başqa partiyanın tərəfində olur və siyasi müvəffəqiyyət qazanmaq üçün çalışır. Mən yuxarıda sadaladıqlarımdan heç biri ilə məşqul olmuram. Siyasi xadimdən, hətta siyasəti tərk etsə belə, heç vaxt yaxşı politoloq olmur.
Mən xoşbəxtəm, çünki sevdiyim iş ilə məşqulam. Əgər insan işindən zövq ala bilmirsə o, bədbəxtdir. Bu xüsüsiylə kişilər üçün keçərlidir. Bizim üçün iş əsas faktordur. Əgər qadın xoşbəxtliyi şəxsi həyatda, ailədə, uşaqda tapa bilirsə, iş yerinə o qədər də əhəmiyyət vermirsə, kişilərdə hər şey fərqlidir.
Öz şəxsi həyatımla bağlı müsahibə vermirəm. Mənim ailəm, arvadım, uşağım var, lakin bu haqda danışmağı sevmirəm. Həyat yoldaşımı nə qədər çox sevdiyimi yalnız onun özünə deyirəm. Sevginin ictimai şəkildə elanına, təyyarələrin üzərinə ürək şəkillərinin yapışdırılmasına yumorla yanaşıram.
Eyni zamanda 10 dənə kitab oxuyuram. Uzun zamandır ki, iş çoxluğundan bədii kitab oxumağa vaxt tapa bilmirəm. Bu mənada politoloqun həyatı elə də asan deyil. Son 30 ildə gündə 5-6 saat ancaq dayanmadan xəbərlər oxuyuram.
Arvadım deyir ki,mən eyni zamanda həm istirahət edirəm, həm də işləyirəm. Mənim üçün istirahət ikinci plandadır. Nədir, yəni, iş adamı günün 24 saatı öz işi ilə məşqul olmur?
Etnik müsiqidən böyük zövq alıram. Mənim etnik musqilərdən ibarət böyük kolleksiyam var. Onları dünyanın müxtəlif yerlərindən gətirmişəm. Bu çox bahalıdır. Hərdən verdiyim pula heyfim gəlirdi. İndi isə almağa ehtiyac yoxdur, çünki internetdə hər şeyi tapmaq olur.
Postsovet nəsli sovet mədəniyyətinin qiymətini bilmir. Son illər sovet keramikasını toplamağa başlamışam. SSSR-i simvolizə edən əşyalar elə də baha deyil… Bir neçə dollara aldığınız kiçik keramik heykəl bir neçə il sonra çox baha qiymətə ola bilər. Köhnə əşyaların gözəlliyi başqadır. Düşünməyin ki, mən sovet əşyalarını sonradan satıb özümə villa almaq üçün yığıram, bu belə deyil.
Məni tənqid edib, satılmış adlandırsalar da mən işimdən zövq alıram. Deməli, mən doğru yoldayam. Ağciyərlərdəki soyuqdəyməni müalicə edib, mədə yarasını müalicə etməkdən imtina edən həkim, həkim deyil. Neytronları sevib, protonları sevməyən fizik, fizik deyil. Mən bu və ya digər partiyada və yaxud müxalifətdə olmaq yerinə işini sevən bir politoloqam.