Gürcüstanda yoluxanların sayının artması narahatlıq doğurur. Hökumət nə etmək niyyətindədir?
Gürcüstanda aşkarlanan koronavirusa yoluxma halları hər gün iki yüz nəfərdən çox artır.
Sentyabrın 24-də yeni anti-rükord qeydə alınıb – 259 yeni yoluxma halı. Bir nəfər ölüb.
Gürcüstanda son sutka ərzində 259 nəfərdə koronavirus aşkarlanıb. Yoluxanların ümumi sayı 4 399 nəfərəyüksəlib. Həmin müddətdə 62 nəfər sağalıb, sağalanların ümumi sayı isə 1 705 nəfər təşkil edib. Gürcüstanda koronavirusdan 26 nəfər ölüb.
Hazırda yoluxaların sayı sağalanların sayını dörd dəfə üstələyir. 20-24 sentybarda yeddi koronavirusa yoluxmuş xəstə vəfat edib.
Cəmiyyətdə xstəxanlarda vəziyyətin necə olduğuna, testlərin çatıb-çatmadığına və tibbi personalın nə dərəcədə hazırlıqlı olmasına dair getdikcə daha çox suallar yaranır.
Hazırkı mərhələdə ölkənin səhiyyə sistemi vəziyyətin öhdəsindən gəlir – baş nazir Giorgi Qaxariya deyib. Amma təkcə buna arxayın olmaq olmaz və vətəndaşlar özləri qaydalara riayət etməlidirlər. Hökumət yenidən karantin elan etmək və iqtisadiyyatı dayandırmaq niyyətində deyil.
Covid hesabı
Sentyabrın 23-ə olan məlumata əsasən, bütün ölkə üzrə 35 klinikada koronavirus xəstələri üçün 2 522 yataq ayrılıb, onlardan 1 342-i artıq doludur.
Epidemioloji vəziyyət pisləşərsə, əlavə 700 yer ayrılacaq.
Acarıstana gəlincə, sentyabrın 23-ü səhər saatlarına olan məlumata əsasən, regionda koronavirus xəstələrinin qəbulu üçün cəmi 102 yer boşdur. Səhiyyə Nazirliyinin məlumatına görə, Acarıstanın doqquz klinikasında ümumilikdə 584 yer var.
Bütün Gürcüstan üzrə ağır formada COVID-19 xəstələri üçün ağciyərlərin süni ventilyasiyası aparatı olan cəmi 82 reanimasiya yeri ayrılıb – Səhiyyə Nazirliyindən “Azadlıq Radiosu”na bildirilib.
Hazırda 18 xəstənin vəziyyəti kəskin ağır kimi dəyərləndirilir.
Gürcüstanda 200 nəfərə yaxın insan koronavirusdan evdə müalicə olunur – Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamkrelidze deyib. Onun sözlərinə görə, onllar xəstəliyi yüngül, əlamətsiz keçirirlər.
Vətəndaşların bir qismi – 690 yoluxmuş şəxs – mehmanxanalarda yerləşdirilib. Onlar da xəstəliyi yüngül və ya əlamətsiz keçirirlər.
Qamkrelidzenin sözlərinə görə, qocaları və uşaqları mehmanxalarda yerləşdirmirlər.
Acarıstanda nə baş verir?
Acarıstan Muxtar Respublikası “qırmızı zonadır”. Gün ərzində yeni yoluxanların demək olar ki, yarısı Acarıstanın payına düşür. Yoluxanlar arasında polis, məhkəmə əməkdaşları və tikiş fabrikinin işçiləri var.
Burada artıq məhdudiyyətlər tətbiq edilib – Acarıstanda ictimai nəqliyyatın hərəkəti tamam dayandırılıb.
Restoranların iş saatı qısaldılıb – sentyabrən 25-dən onlar 22:00-dan bağlanacaq.
Hökumətin Covıd strategiyası nədən ibarətdir – ölkə üzrə ümumi karantin elan olunacaqmı?
Hazırkı mərhələdə yox. Baş nazirin sözlərinə görə, ümumi karantinin və fövqəladə vəziyyətin tətbiqi planlaşdırılmır.
Onun sözlərinə görə, hazırkı mərhələdə səhiyyə sistemi hazırdır, amma baş nazir vətəndaşların üzərinə böyük məsuliyyət qoyub:
“Biz fövqəladə vəziyyət elan etmək və sərt məhdudiyyətlər tətbiq etmək qərarına gələndə, əlbəttə, biz həm ölkənin resurslarını, həm də səhiyyə sisteminin vəziyyətini nəzərə alırdıq. Məlum olduğu kimi Gürcüstanın səhiyyə sistemi bir çox inkişaf etmiş sistemlərlə müqayisədə zəifdir, amma indiki halda əngəllərin öhdəsindən yaxşı gəlib.
Biz səhiyyə sisteminin altı ay ərzində radikal dəyişdiyi ilə bağlı xəyala qapılmamalıyıq və biz ciddi qaydaların, məsafənin köməyi ilə virusun yayılmasının qarşısını almağa hazır olmalıyıq, daha məhdudiyyətlər və iqtisadiyyatın dayandırılması hesabına yox”.
Qaxariya gələcəkdə əlavə məhdudiyyətlərin tətbiqini istisna etmir, amma lokal səviyyədə.
“Bu, həyatımızın iqtisadiyyat, təhsil və ya hətta seçki prosesi kimi sahələrində sistemli məhdudiyyətlər olmayacaq”, – o deyib.
Qaxariyanın sözlərinə görə, bu gün səhiyyə sistemi artmış yoluxma hallarının müalicəsinə tam hazırdır.
Baş nazirin sözlərinə görə, hökumətin strategiyası risklərin idarə olunmasından ibarətdir – qızdırma mərkəzləri, 112 sistemi, xəstələnənlərin kontaktlarının sürətli müəyyən edilməsi sistemi, karantin sistemi, testdən keçirilmə. Qaxariya bildirir ki, hazırkı mərhələdə bütün bu sistemlər normal işləyir.
Baş nazir qeyd edib ki, ölkə virusa adaptasiya mərhələsinə keçib. İlkin və ən vacib olan yayılmanın ləngidilməsi – yoluxma hallarının tez üzə çıxarılmasıdır, yəni total testdən keçirmə.
Martda Gürcüstanda PCR testləri ancaq Luqar laboratoriyası həyata keçirirdi. Bu gün belə laboratoriyaların sayı 22-ə qədər yüksəlib.
Bu strategiyanın ikinci istiqaməti – vətəndaşlar virusla birgə yaşamağı öyrənməlidirlər.
Qaxariyanın sözlərinə görə, virusla yaşamaq sadə qaydalara riayət etmək deməkdir: maska taxmaq, məsafə gözləmək və gigiyena normalarına əməl etmək.
“Bu tələblərin yerinə yetirilməsində bi nə qəədər nizamlı olsaq, virus bir o qədər az yayılacaq, iqtisadiyyata və səhiyyə sisteminə təzyiq də bir o qədər az olacaq. Bu mərhələdə biz maksimum intizamlı olmalıyıq ki, dünyada vaksin yaradılana qədər vaxt udmuş olaq”, – Qaxariya deyib.
Tədris nə zaman başlayacaq?
Oktyabrın 1-dən Tbilisi, Rustavi, Kutaisi və Zuqdidi şəhərlərində birinci sinifdən altıncı sinfə qədər şagirdlər məktəbə qayıdacaqlar. Amma valideynlərin seçimi olacaq, onlar övladları üçün distant təhsil metodunu seçə biləcəklər – təhsil naziri Mixail Çxenkeli deyib.
Eyni qayda bütün 12 sinif üçün tədrisin bərpa olunacağı Qori və Poti şəhər məəktəblərinə də aiddir.