Ölüm, sökülən oturacaqlar və qocaların məcburi dezinfeksiyası – Türkiyədə koronavirus
Martın 26-ı səhər saatlarına olan məlumata əsasən, Türkiyədə koronavirusdan 59 nəfər ölüb, 2433 nəfər xəstələnib. Son bir sutka ərzində yoluxanların sayı 600 nəfərə yaxın olub.
Nazirdən gecəyarısı gələn tvit
Türkiyədə epidemiya ilə bağlı məlumatı səhiyyə naziri Fəxrəddin Qoca açıqlayır. Son məlumat – 30 min nəfərə yaxın insan COVID-19 şübhəsilə test edilib .
Növbəti məlumatların elan olunması ölkə üçün bir növ “X saatı” olub. Səhiyyə naziri hər gün yerli vaxtla təxminən gecəyarısı Twitter hesabında xəstəliklə bağlı son sutkaya aid statistik məlumatları paylaşır.
Onun hər belə tviti dərhal sosial şəbəkələrin hitinə çevrilir. Məsələn, Qocanın son tviti bir neçə saat ərzində 220 mindən çox “layk” və 35 mindən çox “retvit” toplayıb.
Türkiyədə infeksiya təhlükəsi haqda ilk dəfə martln 12-də danışılıb. Məhz həmin gün Səhiyyə Nazirliyi ölkə ərazisində ilk yoluxma halı haqda məlumat verib.
В первый раз об опасности инфекции в Турции заговорили 12 марта. Именно в этот день министерство здравоохранения сообщило о первом случае заражения на территории страны.
Türkiyə əhalisi üçün tualet kağızı qıtlığı aktual deyil
Bu məlumatdan sonra Türkiyə qısa müddətdə demək olar ki, bütün qonşu ölkələrlə sərhədlərini bağlayıb. Xaricdən qayıdan ölkə vətəndaşları karantin altına alınmağa başlayıb.
İlk koronavirusa yoluxma halları Səudiyyə Ərəbistanından – ümmə ziyarətindən qayıdan türkiyəlilərdə aşkarlanıb.
- Avropa İttifaqı Rusiyanı koronavirus pandemiyası ilə bağlı genişmiqyaslı dezinformasiya kampaniyasında günahlandırıb
- Koronavirus: pandemiya elan olunub. Bu nə deməkdir və nə gözləmək lazımdır?
Bütün digər ölkələrdə olduğu kimi Türkiyədə də koronavirus panika mənbəyinə çevrilib və ilk növbədə kütləvi ehtiyat ərzaq və mal tədarükünə səbəb olub. Böyük şəhərlərdə supermarket piştaxtaları bir göz qırpımında boşalıb.
Qərb ölkələrindən fərqli olaraq şəxsi gigiyena qaydaları arasındakı fərqə görə burada heç kim tualet kazığızı tədarükü görməyib.
Müsəlman ölkələrinin əksəriyyətində olduğu kimi Türkiyədə də tualetlərdə bidedən istifadə olunur. Burada əsasən otellərdə tualet kağızına rast gəlmək mümkündür.
Əvəzində makaron və digər gec xarab olan ərzaqlar kütləvi şəkildə alınıb.
O həddə çatıb ki, ölkənin daxili işlər naziri Süleyman Soylu mağazaların ərzaq və mallarla təchizatında ləngimə olarsa, iri təchizatçıları cinayət məsuliyyəti ilə hədələyib .
“Şərə xidmət edən” oturacaqlar
Türkiyə hakimiyyətinin əl atdığı qəribə tədbirlərdən biri parklarda və küçələrdə oturacaqların sökülməsidir . Bu orijinal yolla bələdiyyələr insanlar arasında təmasa mane olmağa çalışırlar.
Yerli sakinlərin əksəriyyəti bu tədbirə anlayışla yanaşıb. İşsiz qalanlar, bütün yollarla karantinə müqavimət göstərənlər vaxtlarının böyük hissəsini küçələrdə, tanışları ilə söhbət edərək keçirirlər.
Çoxlarının fikrincə, onların oturacaqdan məhrum edilməsi epidemiya fonunda arzuolunmaz bu təcrübənin qarşısını ala bilər.
Yaşlıların məcburi dezinfeksiyası
Türkiyə hakimiyyəti qapalı sərhədlərdən başqa epidemiyaya qarşı iki əsas tədbirin üzərində durub: bəzi biznes sahələrinin fəaliyyəti dayandırılıb və 65 yaşdan yuxarı insanlara qəti şəkildə küçəyə çıxmaq qadağan olunub.
Bu tələbin pozulmasına görə 3150 lirə [480 dollara yaxın] həcmində cərimə təyin edilib.
Bu qadağa elan olunandan dərhal sonra sosial şəbəkələrdə memlər yayılmağa başlayıb. Blogerlər Türkiyə prezidentinin 66 yaşında olduğunu xatırladıblar.
Amma bəziləri bu qadağanı siqnal kimi qəbul edib və hər hansı səbəbdən küçəyə çıxan yaşlı adamlara hücum etməyə başlayıblar.
Psixi xəstə olan yaşlı kişinin başına gələn olay böyük rezonans doğurub, gənclər onu yolda saxlayıb, üzünə zorla maska taxıb və üzərinə odekolon töküblər.
Utandıran görüntüler!
— Ensonhaber.com (@ensonhaber) March 24, 2020
Yaşlı adamı durdurup, yüzüne zorla maske taktıktan sonra başına kolonya döktü pic.twitter.com/M4oWF3fwRx
Bu hadisə sosial şəbəkələrdə narazılıq dalğası doğurub və hakimiyyət məsələyə qarışmaq məcburiyyətində qalıb. Qeyri-adekvat blogerlər saxlanılıb və onlara qarşı cinayət işi qaldırılıb.
Məscidlərdə kütləvi namaza qadağa
Türkiyədə məscidlərdə kütləvi namaza qadağa qoyulması misilsiz addım olub. Əhalinin dindar kəsini artıq namazını öz evində qılır.
Amma analitiklər bildirirlər ki, bu qərar çox gec qəbul olunub və onlar ilk növbədə dindarları və hökuməti ölkədə koronavirusun sürətlə yayılmasında günahlandırırlar.
“Belə bir zamanda 21 min Türkiyə vətəndaşına Səudiyyə Ərəbistanına səfər etməyə icazə vermək yanlış qərar idi. O vaxta qədər həmin ölkədə koronavirusdan ölüm halı haqda artıq məlum idi.
Ən əsası isə kiçik həcc səfərindənn qayıdandan sonra yalnız son beş min insan nəzarət altına alınıb. Əvvəldən gələn 16 min nəfər isə ölkə daxilində azad hərəkətlərinə davam edirlər”, – “Sözçü” qəzetinin şərhçisi Rəhmi Turan yazıb.
ABŞ-da Harvard Universitetinin Tibb Fakültəsinin türkiyəli professoru Emre Altındiş “BalkanInsight” nəşrinə bildirib ki, yoluxma hallarının inkişaf dinamikasına baxınca, Türkiyə epidemiyanın miqyasına görə “ikinci İtaliya” olmaq təhlükəsi altındadır.
“Hakimiyyət köklü tədbirlər görməyə başlamalıdır”, – professor hesab edir.