Avropa İttifaqı Rusiyanı koronavirus pandemiyası ilə bağlı böyük miqyaslı dezinformasiya kampaniyasında günahlandırıb
Rusiya koronavirus pandemiyası ilə bağlı dünya böyük miqyaslı dezinformasiya kampaniyası aparır – Financial Times nəşrinin dərc elədiyi Avropa İttifaqının daxili hesabatında deyilir.
Kremlyönlü media və internet-trollar kütləvi şəkildə məqsədi əhalini vəziyyətlə bağlı yanlış məlumatlandırmaq, qorxu və təlaşa rəvac vermək olan materiallar dərc edirlər – hesabatda deyilir.
Artıq onlarla belə feyk məlumatlar üzə çıxarılıb. Bu məlumatlarda israrla aşağıdakı fikirlər vurğulanır:
•Yeni virus qəsdən yaradılıb və Qərb tərəfindən silah kimi istifadə olunur
•Qərb hökumətləri problemin öhdəsindən gələ bilmir
•Rusiyada prezident Putinin rəhbərliyi altında hər şey yaxşıdır, heç bir pandemiya yoxdur
Feyk məlumatlar eyni zamanda bir neçə Avropa dilində yayılır. Bu, saxta akkauntlar şəbəkəsi vasitəsilə edilir.
Daha əvvəl həmin akkauntlardan Suriyadakı hadisələr və Fransada “sarı jiletlilərin” etirazları haqda yalan informasiyalar yayılırdı.
•Koronavirus epidemiyası – təşviş alverçilərinin ulduz saatı
•Kreml Gürcüstanda 2 min saytı necə iflic edib?
•Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?
Daha əvvəl Facebook sosial şəbəkəsi Sankt Peterburqda “trol fabriki” ilə əlaqəli olan yüzlərlə saxta akkauntu silib.
“Trol fabrikinin” sahibi prezident Putinə yaxın olan iş adamı Yevgeni Priqojindir. ABŞ-da o, 2016-cı il prezident seçkilərinə müdaxilədə ittiham olunur.