“Kimə sevgi?”, “Kimlə həmrəylik?” – Ermənistanda qızıl haqda
Ermənistan cəmiyyətində ölkənin cənubundakı Amulsar qızıl mədəninin aqibətilə bağlı fikirlər kəskin haçalanıb. Mədən Cermuk unikal kurort şəhərinin lap yaxınında yerləşir və cəmiyyətdə çoxları əmindir ki, mədənin işlənməsi yerli mineral su mənbələri və ətraf kəndlər üçün təhlükəlidir.
• Ermənistanda qızıl uğrunda savaş: ekspertlər, ekoloqlar, cəmiyyət və baş nazir – bütün arqumentlər
Qorxu yaradan məqamlardan biri odur ki, qızıl hasilatı üçün ildə təxminən 100 ton natrium siyanid istifadə edilməlidir və bütün bu kütlə yeraltı suları zəhərləyə bilər.
Yatağın işlənməsinə dair lisenziya “Lydian” şirkətinə aiddir və yerli sakinlər onunla 2011-ci ildən, yəni 2018-ci ilin “məxməri inqilabı” ilə devrilən əvvəlki hakimiyyət dövründən bəri mübarizə aparır.
2019-cu ilin əvvəlində Ermənistanın yeni hakimiyyəti mədənin ətraf mühitə təsirinə dair ekspert rəyinin hazırlanmasını Livanın “Elard” şirkətinə həvalə edib. Bu ekspertizaya hökumət təxminən 400 min dollar xərcləyib.
Qrupun gəldiyi nəticə 2019-cu ilin avqustunda açıqlanıb. Rəydə bildirilib ki, Amulsar mədənində qızıl hasilatı “idarə olunmayan risklər” doğurmur, mövcud kiçik riskləri isə yumşaltmaq mümkündür.
Sosial şəbəkələrdə Amulsar mədəninə dair gedən qızğın müzakirələr zamanı dərc olunan üç xarakterik rəy.
David Matevosyan, “Hrant Matevosyan” Fondunun direktoru:
1988-ci il dekabrın 8-dən 9-a keçən gecə biz dostlarla dağıntıların altından həlak olanların meyitlərini çıxarırdıq [Ermənistanın Spitak şəhərində baş verən qorxunc zəlzələdə 25 min nəfərdən çox insan tələf olub — JAMnews].
Zəlzələ misilsiz idi. Binalar qum kimi səpələnmişdi. Ermənistanın “parlaq” inşaatçıları və nomenklatura beton və armaturu “yemişdi”. Deyirdilər ki, seysmik aktiv zonaya hesablanmamış yanlış layihələr də vardı, amma hamısına seysmik davamalılıq haqda arayış və müsbət ekspert rəyi verilmişdi.
Yerli və mərkəzi sovet hakimiyyəti o zaman bu ekspert rəylərini təsdiqləmişdi. Bütün inşaat materiallarına keyfiyyət nişanı vurulmuşdu. Brejnev [o zamankı SSRİ lideri — JAMnews] şəxsən Ermənistan SSR-in vətəndaşlarının müdafiəsində dayanmışdı.
Zəlzələ Ermənistanın üçdə birini yer üzündən sildi. On minlərlə insanı öldürdü. SSRİ keyfiyət nişanı zəlzələ zonasında ölən bu insanların məzar daşı oldu.
İndi də ekspert rəyi var. Beynəlxalq. Zəmanət verirlər. Bəs yenidən dağıdıcı zəlzələ olsa? Bəs əgər bu, sizin öz övladlarınızın gələcəyini puç eləsə? Bu, idarə olunan risk olacaq? Eynən 1988-ci ildə olduğu kimi?
Tiqran Paskeviçyan, jurnalist, publisist:
• Ermənistan inqilabının nəğmələri və şüarları
• İnqilabdan sonra: Yeni Ermənistanda yeni həyat necə keçir?
Bunlar indi də baş naziri [baş nazir Nikol Paşinyan “məxməri inqilabın” təşəbbüskarı və lideri olub — JAMnews] sərt tənqid edən insanlardır.
Heç olmasa bugün anlamaq zamanıdır ki, əgər siyasi proqramın tərkibində “sevgi” və “həmrəylik” sözləri varsa, onun əsasında
– möhkəm siyasi iradə,
– səhvsiz planlaşdırma bacarığı,
– sarsılmayan ədalət hissi də olmalıdır.
Əgər bu göstəricilər yoxdursa, dərhal mühüm suallar ortaya çıxır: “Sevgi – kimə qarşı?”, “Həmrəylik – kimlə?”.
Bəs “məxməri” inqilab kimin idi?
Bunu anlamaq lazımdır. Və o zaman faktiki “idarəetmə riskləri” öz-özünə yumşalacaq.
Aşot Xurşudyan, iqtisadçı
Plüralizm. Bu söz mənim üçün çox dəyərlidir. Başqasını eşitmək, xüsusən də fikri ilə razı olmadıqlarını.
Təəssüf ki, Sovet İttifaqı dağılandan sonra böyük səylər fərqli düşüncənin inkişafına yönəldilmişdi. Plüralizm isə yenə də iqnor edilmişdi. Elə indiyə qədər də Ermənistanda bu inersiya davam edir.
İndi təəccblənirlər ki, niyə insanlar bir-birini eşitmir? Meqafona nəsə qışqırdığın zaman, yalnız dili əsas sayıb, qulaqlarını tıxadığın zaman bizim indi əldə etdiyimizi qazanırsan.