Mayın 5-də Gürcüstanda Konstitusiya dəyişikliklərinin geniş müzakirəsinə başlanılıb
Bu gün Konstitusiya dəyişikliklərinin geniş müzakirəsi Kutaisidə başlanıb. Bu proses 11 gen davam edəcək və Ambrolauri, Ozurqeti, Batumi, Zuqdidi, Axaltsixe, Qori, Telavi, Mtsxeta, Rustavi və Tbilisini əhatə edəcək.
Ümumxalq müzakirələrini 9 nəfərdən ibarət təşkilat komissiyası keçirəcək: “Gürcü arzusu – Demokratik Gürcüstan” blokundan 2 deputat, “Azadlıq uğrunda Hərəkat – Demokratik Gürcüstan” blokundan 2 deputat, “Vətənpərvərlər alyansından” 1 deputat, Konstitusiya məsələləri üzrə 2 ekspert, vətəndaş sektorunun (Beynəlxalq şəffaflıq – Gürcüstan)1 təmsilçisi və Parlament Aparatının 1 nümayəndəsi.
[toggle title=”Konstitusiyaya dəyişiklik layihəsinə əsasən nə dəyişəcək?“]
[line_list]
- Birbaşa Ümumxalq prezident seçkiləri ləğv edilir. Onu aralarında Gürcüstan Parlamentinin, yerli hakimiyyətin, həmçinin muxtar respublikaların Ali Şuralarının nümayəndələrinin də yer aldığı 300 nümayəndədən ibarət seçki kollegiyası seçəcək.
- Konstitusiyaya əsasən prezidentin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Şurasının mövcudluğuna son qoyulacaq. Onun yerinə Milli Müdafiə Şurası yaradılacaq ki, bu qurum da hərbi vəziyyət halında konstitusion orqanların vahid koordinasiyasını həyata keçirəcək. Onun daimi üzvləri prezident, baş nazir, parlament sədri və Gürcüstan hərbi qüvvələrinin baş komandanı olacaq.
-
Gürcüstan bütünlükdə proporsional seçki sisteminə keçəcək.
-
Yeni Konstitusiyaya əsasən bloklar formalaşdırmaq mümkün olmayacaq
- 5 faizlik seçki baryeri dəyişilməz qalır. Parlamentə keçməyən partiyaların qazandığı səslər bütünlükdə seçkidə qəlib olmuş partiyaya keçir.
-
Deputatlar üçün ən aşağı yaş senzi 21 yaşdan 25 yaşa qaldırılır.
-
Konstitusiya layihəsində Parlamentin Kutaisidə yerləşməli olduğunu göstərən maddə yoxdur.
-
Prokurorluq Ədliyyə Nazirliyinə tabe olmayacaq, Parlamentə hesabatlı müstəqil orqan olacaq. Bu orqana Parlamentin 6 il müddətinə seçdiyi baş prokuror rəhbərlik edəcək.
-
Eyni şəxsi təkrar Ombudsmen seçmək mümkün olmayacaq.
-
Dövlətin üzərinə başqa ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin siyasi fəaliyyətini məhdudlaşdıran qanun işləyib hazırlamaq öhdəliyi qoyulur.
[/line_list]
[/toggle]
Regionlara səfər təşkilat komissiyasının işinin ilk mərhələsidir. Konstitusiya dəyişiklikləri layihəsinin müxtəlif qruplar arasında müzakirəsi planlaşdırılıb. Bundan sonra layihə parlamentdə səsə qoyulacaq.
Müzakirələrdə Gürcüstan prezidenti də iştirak edir. Dörd aylıq qeyri-müəyyənlikdən sonra prezident nəhayət, Konstitusiya islahatları prosesində iştirak etməyə qərar verib.