3 milyon sərnişin – 2019-cu il Yerevanın “Zvartnots”aeroportu üçün rekord ili olub
Yerevanın “Zvartnots” aeroportu 2019-cu ildə ilk dəfə 3 milyon insana xidmət göstərib. Bu, bütün mövcudluğu ərzində rekord göstəricidir.
Rekord bilavasitə dekabrın 30-da Moskva-Yerevan reysinin həyata keçirilməsi ilə əldə olunub. Reysin bütün sərnişinlərini musiqi ilə qarşılayıb, onlara şərab və şirniyyat hədiyyə ediblər.
Beynəlxalq top-reytinqlər və Gürcüstandakı böhran
Hələlik Yerevan aeroportuna sərnişin daşımalarının sayını artırmağa hansı amillərin təsir etdiyi dəqiq məlum deyil. Amma əsas aşağıdakı üç səbəbl ola bilər:
- 2019-cu ildə Ermənistan bir neçə dəfə müxtəlif turist reytinqlərinə düşüb. Məsələn, “Bloomberg” agentliyi ölkəni Avropanın ən sürətlə böyüyən turizm marşrutları onluğuna daxil edib, “Forbes” jurnalsı Yerevanı planetin kifayət qədər dəyərləndirilməmiş 10 məkanı sırasınnda görüb.
- Ehtimal olunur ki, Ermənistanın rəsmi strukturları və yerli turizm agentlikləri beynəlxalq bazarda daha fəal və daha uğurlu işləməyə başlayıblar.
• Ola bilər ki, qonşu Gürcüstandakı siyasi böhran göstəricilərə təsir edib. 2019-cu il iyulun 8-dən Moskva Gürcüstanla bütün aviaəlaqəyə qadağa qoyub və rusiyalı turistlərin çoxu əvvəlcə Yerevana gəlir, buradan Tbilisiyə uçurdular. Həmçinin Ermənistanın üç aviaşirkəti Gürcüstana istirahətə getmək istəyənlərə tranzit reyslər təklif edib.
_____________________
- Rusiya Gürcüstanla birbaşa aviaəlaqələri niyə kəsib və bundan sonra nə gözləmək olar?
- Ermənistan rusiyalı turistlərini itirməmək üçün Gürcüstana necə kömək edib?
- Gələcək üçün çoxlu cəlbedici layihə, bu gün isə durğunluq – Ermənistanın mülki aviasiyası haqda
_____________________________________________________________________________________________
Son dörd ildə “Zvartnots” aeroportunun xidmət göstərdiyi sərnişinlərin sayı 500 faiz yüksəlib – aeroportun mətbuat katibi Satenik Hovannisyan bildirib:
“Hələ ilin ortasında artıq ilin sonunda sərnişin sayının rekorda çatacağı ehtimal olunurdu. Faiz nisbətində bu, 2018-ci illə müqayisədə 11 faiz çoxdur. Həmin il “Zvartnots” vasitəsilə Ermənistana 2 milyon 693 min nəfər gəlmişdi”.
Satenik Hovannisyan Rusiyadan qonşu Gürcüstana avia-resylərin dayandırılmasının vəziyyətə necə təsir etdiyi ilə bağlı suala cavab verməyə çətinlik çəkib.
2019 – Ermənistanda loukosterlər ili
Statistika göstərir ki, Ermənistana Rusiyadan və digər postsovet ölkələrindən getdikcə daha çox turist gəlir.
Həmçinin Ermənistandan bu istiqamətlərə daha çox uçurlar.
Ermənistandan Avropa İttifaqı ölkələrinə xeyli daha az uçurlar. Ekspertlər bunu viza rejimi və avia-biletlərin yüksək qiyməti ilə əlaqələndirirlər.
Amma vəziyyətin tezliklə dəyişmək ehtimalının olduğunu düşünmək üçün əsaslar var.
2020-ci ildə Ermənistanda Avropanın ilk loukoster şirkəti, “Ryanair” işləməyə başlayacaq. Artıq yanvarda Romaya və Milana ilk ucuz birbaşa reyslər başlayacaq.
2020-ci ilin yayından ucuz qiymətə Yerevandan Berlinə, Ermənistanın böyüklüyünə görə ikinci şəhəri Gümridən isə Münhenə reyslər başlayacaq.
2019-cu ilin sonuna doğru o da məlum olub ki, daha bir ucuz qiymətə sərnişin daşıyan aviaşirkət – “Wizz Air” də Ermənistan bazarına gəlir. Bu Macarıstan loukosteri aprelin 3-dən Yerevan-Vilnyus və Yerevan-Vyana reyslərini işə salacaq.