2022-ci ilin soyuq Novruzu - FOTOreportaj
Ötən iki illə müqayisədə bu il Azərbaycanda Novruz karantin məhdudiyyətləri olmadan keçirilir. Küçələrdə daha çox insan var, amma çoxlarını soyuq hava qorxudur. Bakıda havalar ilin bu dövrü üçün adət olunmadığı qədər sərt keçir.
- Karantin dövrünün Novruzu: Azərbaycan baharın gəlişini bayram ovqatı olmadan qeyd edir
- Azərbaycanda daxili turizm: zorla məhəbbət olmaz?
- Əliyev “Media haqqında” qanunu imzalayıb. Azərbaycan prezidentini qərarını yenidən nəzərdən keçirməyə çağırırlar
Azərbaycanda bayramdan az əvvəl koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərin çoxu ləğv edilib. Ölkədə qapalı məkanlarda COVID-pasport tələbi və maska rejimindən başqa heç bir məhdudiyyət qalmayıb.
Amma hədsiz soyuq hava və tez-tez yağan yağış Bakı sakinlərinə Novruz bayramı və tətil günlərinin ləzzətini çıxarmağa imkan vermir. Bütün Azərbaycanda martın 19-dan 27-ə qədər qeyri-iş günü elan olunub.