2020-ci ildə Gürcüstanda ölənlərin sayı doğulanlardan 4 min nəfər çox olub
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, 2020-ci ildə Gürcüstan əhalisi azalıb. Ölkədə ölənlərin sayı doğulanların sayından 4 017 nəfər çox olub.
“Geostat”ın məlumatına əsaəsn, Gürcüstanda 46 520 nəfər doğulub ki, onlardan da 24 289 nəfəri oğlan, 22 231 nəfəri qızdır.
2019-cu illə müqayisədə ölənlərin sayı 8,3 faiz çoxalıb və 50 537 nəfər təşkil edib.
Ən çox ölüm halı Tbilisidə (13 878 nəfər), ən az ölüm halı isə Leçxumi və Kvemo Svaneti regionlarında (764 nəfər) qeydə alınıb.
Statistik məlumata əsasən, 2020-ci ildə Gürcüstanda 16 359 cütlük evlənib.
Boşanmaların sayına gəlincə, 2020-ci ildə 7 643 cütlük boşanıb.
2020-ci ildə Gürcüstanda qeydə alınan nikahların sayı 29,7 faiz azalıb.
Orta nikaha girmə yaşı kişilər üçün 30, qadınlar üçün 28 yaş təşkil edir.