Yenil il bayramı günlərində zəhərlənməmək üçün bir neçə çox sadə, amma çox vacib qaydalara riayət etmək lazımdır. Yeni ili zəngin süfrə arxasında qeyd etməyi, qonaqlarını orijinal yeməklərlə təəccübləndirməyi sevənlər, amma bayramlarda zəhərlənənlərin siyahısına düşmək istəməyənlər üçün Ermənistanın Səhiyyə Nazirliyinin nəzdində Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin baş direktorunun müavini Nune Bakuntsdan məsləhətlər:
[yes_list]
Ərzaqları alarkən saxlanma şəraiti və müddətinə fikir verin, alandan sonra da onları soyuducuda saxlayın və istifadə müddəti bitəndən sonra yeməyin.
Ərzaqları küçədə satıcılardan deyil, mağazalardan alın, onların zədələnməməsinə fikir verin, ərzağın rəngi və qoxusu təbii olmalı və istifadə müddəti göstərilməlidir.
Mətbəxdə təmizliyə fikir verin. Qabları tez-tez müvafiq yuyucu vasitələrlə və ya isti sabunlu suyla yuyun. Bir qabı bir neçə dəfə, əvvəlcədən qabyuyan vasitə ilə yumadan istifadə etməyin. Yemək hazırlayarkən bıçaq və ya qaşıqdan bir dəfə istifadə edib, müxtəlif yeməkləri bir qaşıqla qarışdırmayın.
Çiy ərzaqları artıq bişmiş və ya hazır olmuş ərzaqlarla birlikdə saxlamayın.
Unutmayın ki, hazır ərzaqların istifadə müddəti 2-3 saatdır və onlar soyuducuda saxlanmalıdır. Buna görə də az miqdarda, yeyə biləcəyiniz qədər hazırlayın. Yeməyi bir dəfədən artıq qızdırmayın.
Yeməyi süfrədə açıq şəkildə saxlamayın. Bu həm də tərkibində mayonez və ya xama olan salatlara aiddir. Bu balıq məmulatları, kolbasa, ət və un məmulatlarına da aiddir. İsti evdə süfrənin üstündə onlar bir neçə saata xarab ola bilər. Buna görə də hazır yeməkləri soyuducuda saxlayın. Qoz-fındıq və konfet süfrədə qala bilər, çünki onlar xüsusi saxlanma şəraiti tələb etmir.
Yağlı sousları yeməyə ancaq süfrəyə gətirəndən əvvəl əlavə edin.
Bir-birinə uyğun olmayan yeməkləri dalbadal yeməyin. Misal üçün, kürüdən sonra şirniyyat yemək məsləhət deyil.
Şübhəli görünən ərzaq və naməlum mənşəli, süni parıltısı, kimyəvi əlavələri olan ədviyyatdan istifadə etməyin.
Unutmayın ki, Yeni il bayramdır, yeməyin hədsiz miqdarda qəbul edilməsi müsabiqəsi deyil.