Dağıstanın paytaxtı Maxaçkalada “Memorial”hüquq müdafiə təşkilatının Dağıstan şöbəsinin rəhbəri Sirajutdin Datsiyevi döyüblər. Bu haqda “Novaya qazeta”ya Münaqişələrin Analizi və Qarşısının Alınması Mərkəzinin direktoru Yekaterina Sokiryanskaya məlumat verib.
Onun sözlərinə görə, Datsiyev evdən çıxan zaman yaxınlıqda qara rəngli, tonlaşdırılmış şüşəli prioranın dayandığını görüb.Avtomobilin yanından ötəndən bir neçə dəqiqə sonraarxadan ona hücum ediblər.
Sirajutdinin başınanəsə ağır bir şeylə, ola bilər ki, toxmaq və ya beşbarmaqla vurub, yerə yıxıblar və döyməyə başlayıblar. Hücum edənlər bir neçə nəfər olub.
Hüquq müdafiəçisini şok vəziyyətindəRespublika Mərkəzi Xəstəxanasının Neyrocərrahiyyə Şöbəsinə çatdırıblar. Datsiyevin həmkarları onun vəziyyətindən narahatdır, çünki ona ciddi xəsarətlər yetirilib. Xəstəxanada polis əməkdaşları iş başındadır.
Sokiryanskayanın sözlərinə görə, daha əvvəl “Memorial”ın Çeçenistan şöbəsinin rəhbəri Oyyub Titiyev saxlanılandan sonra hüquq müdafiə mərkəzinin Maxaçkaladakı əməkdaşlarıölümlə hədələniblər.
Oyyub Titiyev yanvarın 9-da saxlanılıb. Onu marixuana saxlamaqda ittiham ediblər. Bir neçə gündən sonra Şali rayon məhkəməsinin qərarı ilə o həbs olunub. Titiyevin öz ifadəsinə görə, narkotik paketini onun maşınına onu saxlayan polislər atıblar. Titiyevin gətirildiyi Daxili İşlər Nazirliyinin Kurçaloyevski şöbəsində ondan etirafedici ifadə tələb ediblər, amma o, bundan imtina edib.