ABŞ prezidenti Donald Tramp Gürcüstanın baş naziri ilə görüşüb
Mayın 8-də Amerika Birləşmiş Ştatlarının prezidenti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
“Bu gün Ağ evdə Giorgi Kvirikaşvili ilə vitse-prezident Maykl Pensi salamlamaq şərəfinə nail oldum”, – Tramp Twitter-də yazıb.
Honored to welcome Georgia Prime Minister, Giorgi Kvirikashvili to the @WhiteHouse today with @VP Mike Pence. https://t.co/EAPvsrbrUO pic.twitter.com/FnKkuWLFDp
— Donald J. Trump (@realDonaldTrump) May 8, 2017
Gürcüstan hökumətinin administrasiyası tərəfindən yayılan informasiyaya görə, söhbət prezidentin iş otağında baş tutub. Görüş zamanı Tramp vurğulayıb ki, Gürcüstan ABŞ üçün mühüm bir ölkədir və onunla strateji münasibətlər və tərəfdaşlıq əlaqələri qurulub.
“Tərəflər ikitərəfli münasibətlərin mühüm məsələlərini və birgə gələcək planları nəzərdən keçiriblər. Görüşün sonunda Gürcüstanın baş naziri ABŞ prezidentini onun üçün münasib olan istənilən vaxt Gürcüstana dəvət edib”, – Gürcüstan hökumətinin administrasiyasının rəsmi bəyanatında deyilir.
Görüşdən sonra ABŞ-ın vitse-prezidenti Mayk Pens Twitter-də yazdı: “ABŞ prezidenti Gürcüstanın baş nazirini salamlayıb və növbəti dəfə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edib”, – deyə o bildirib.
Along with @POTUS, thanked PM @KvirikashviliGi for 872 Georgians fighting w/ NATO in Afghanistan. pic.twitter.com/ucaDoNnyVa
— Vice President Pence (@VP) May 8, 2017