Festivalda 12 ölkədən musiqiçi iştirak edir " />

Azərbaycanın Qəbələ şəhərində klassik musiqi festivalı keçirilir

Festivalda 12 ölkədən musiqiçi iştirak edir

Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ şəhərində X Beynəlxalq klassik musiqi festivalının açılışı olub. Festival avqustun 8-ə qədər davam edəcək və orada Azərbaycan, Gürcüstan, Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya və İtaliyadan olan orkestlar, musiqiçilər və vokalçılar iştirak edəcək.

Məsələn, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Yerusəlim Simfonik Orkestri, Kubanın «Jovenes Clasicos del Son» İnstrumental Qrupu, Gürcüstanın «Tbilisi Big Band» Orkestri, Macarıstanın Gypsy Band Qrupu, ispaniyalı dirijor və bəstəkar Salvador Brotons, avstriyalı skripkaçı Nora Romanova-Şvartsberq və digərləri.

Konsertlər iki məkanda – Konqress Mərkəzində və açıq səma altında keçirilir.

Qəbələ festivalı hər il iyul-avqust aylarında baş tutur. Festivalın təşkilatçısı Mədəniyyət Nazirliyi və «Gilan Holding» konserninin dəstəyilə Heydər Əliyev Fondudur.

Qəbələ gözəl təbiəti (meşə, dağlar, şəlalələr), tarixi abidələrin çoxluğu və dövlət sərmayəsi sayəsində Azərbaycanın kurort regionuna çevrilib. Artıq 100 ilə yaxındır ki, burada yeni otellər, əyləncə mərkəzləri və turist kompleksləri inşa edilir. Həmçinin orada tez-tez müxtəlif festival və konsertlər təşkil olunur – klassik musiqi festivalından başqa, məsələn, “Veselo” Beynəlxalq Yumor və Musiqi Festivalı da burada baş tutur. Qəbələnin əsas görməli yeri şəhərdən 15 kilometrlik məsafədə yerləşən 600 il müddətində Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Kabalaka şəhərinin xarabalıqlarıdır.


More on JAMnews