İndən belə məscidlər nəzarət kameraları ilə təchiz olunacaq " />

Azərbaycanda qanunsuz dini təbliğatla mübarizə sərtləşdirilir

İndən belə məscidlər nəzarət kameraları ilə təchiz olunacaq

Ötən il Azərbaycanda qanunsuz dini təbliğata görə 142 vətəndaş hüquqi məsuliyyətə cəlb olunub, Azərbaycan Nazirlər Kabinetinin hesabatında belə deyilir.

Saxlanılan vətəndaşların üzərində “14 hərbi sursat, 3 ədəd odlu silah, 145 kompakt disk, 356 broşür, istehsalı və idxalı icra hakimiyyətinin müvafiq orqanının razılığı olmadan həyata keçirilən 5185 nüsxə dini ədəbiyyat aşkarlanıb və müsadirə edilib”.

Hesabatda deyilir ki, ölkənin şəhər və rayonlarının 53 məscidində 230 video-nəzarət kamerası quraşdırılıb, bu istiqamətdə işlər davam etdirilir.

Qanunsuz dini fəaliyyətin qarşısının alınmasına dair ən son olay ötən həftə Bakı kənarında, Buzovna qəsəbəsində baş verib. Fevralın sonunda hüquq-mühafizə orqanları qeydiyyatdan keçməmiş “İmam Zeynalabdin” namaz evini bağlayıb. Bu evin rəhbəri Fərhad Əhmədov inzibati məsuliyyətə cəlb olunub, iş məhkəməyə verilib.

Azərbaycanda dini qurumların dövlət qeydiyyatına görə Qafqaz Müsəlmanları Ruhani İdarəsi cavabdehdir. Bu idarənin məlumatına görə, Azərbaycanda 793dini qurum qeydiyyatdan keçib. Onlardan 765-i islam, 17-i xristian, 8-i yəhudi, 2-i bəhai və 1-i krişna dininə aiddir.

Azərbaycanda 2250 məscid fəaliyyət göstərir, onlardan 136-ı paytaxtda yerləşir. Ölkədə həmçinin 14 kilsə və 7 sinaqoq mövcuddur. Maraqlıdır ki, 748 pir və ziyarət yeri rəsmi qeydiyyatdan keçib.


More on JAMnews