Hazırkı parlament seçki nəticələri elan olunana qədər fəaliyyətini davam etdirəcək, amma artıq yeni qanunlar və qərarlar qəbul etməyəcək " />

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Hazırkı parlament seçki nəticələri elan olunana qədər fəaliyyətini davam etdirəcək, amma artıq yeni qanunlar və qərarlar qəbul etməyəcək

Azərbaycan Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılıq verib. Seçkilər təqribən üç ay sonra  baş tutacaq, dəqiq tarix hələlik məlum deyil.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi.

• Azərbaycan-Rusiya münasibətlərində “bal ayı”

• Ermənistandan siyasiləşdirilmiş suvenirlər

Hadisələrin xronologiyası

Noyabrın 28-də Yeni Azərbaycan Partiyası prezidentin siyasi kursunu və apardığı islahatları dəstəkləmək məqsədilə parlamentin buraxılmasını və yeni deputatların seçilməsini təklif edib. 

Dekabrın 2-də parlament (əsasən Yeni Azərbaycan Partiyasının üzvlərindən ibarət olan) bu təklifi demək olar ki, yekdilliklə dəstəkləyib və prezidentə müvafiq müraciət ünvanlayıb. 

Elə həmin gün prezident müraciəti Konstitusiya Məhkəməsinə yönləndirib və dekabrın 4-də məhkəmə təklifin konstitusiyaya uyğun olduğuna qərar verib.

Bundan sonra nə olacaq?

Hazırkı parlament seçki nəticələri elan olunana qədər fəaliyyətini davam etdirəcək, amma artıq yeni qanunlar və qərarlar qəbul etməyəcək.

Müxalifətin bir hissəsi artıq fəal şəkildə növbədənkənar parlament seçkilərinə hazırlaşır və bunu parlamentə keçə bilmək üçün yaxşı şans hesab edir.

Müxalifətin digər hissəsi isə bu seçkiləri boykot etməyə hazırlaşır, çünki hesab edir ki, seçki demokratik və ədalətli olmayacaq.

Azərbaycan parlamentinin binası. 

Bu nə deməkdir?

Ən populyar qeyri-rəsmi versiyaya görə, baş verənlər hakimiyyətin İlham Əliyevdən hazırda birinci vitse-prezident vəzifəsini tutan xanımı Mehriban Əliyevaya ötürülməsinin mərhələlərindən biridir.

Azərbaycan parlamentinin buraxılması, versiyalar və cəmiyyətin reaksiyası haqda daha ətraflı buradan oxumaq olar. 


More on JAMnews