Müayinə onunanların 4 faizdən çoxunun talassemiya daşıyıcısı olduğu, 203 nəfərinin isə QİÇS virusuna yoluxduğu aşkarlanıb " />

Azərbaycanda nikaha girmək istəyən 250 mindən çox şəxs müayinədən keçirilib: tibbi müayinənin nəticələri

Müayinə onunanların 4 faizdən çoxunun talassemiya daşıyıcısı olduğu, 203 nəfərinin isə QİÇS virusuna yoluxduğu aşkarlanıb

REUTERS/Rupak De Chowdhuri (INDIA)


Azərbaycanda nikaha girmək istəyənlərin məcburi tibbi müayinədən keçirilməsindən iki il ötdü. Bu müddət ərzində 279383 nəfər müayinədən keçirilib.

Onlardan 11773 nəfərinin talassemiya daşıyıcısı, 1101 nəfərinin sifilis xəstəsi olduğu, 203 nəfərinin isə QİÇS-ə yoluxduğu aşkarlanıb, – APA informasiya agentliyi Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Nikaha girməzdən əvvəl vətəndaşlar xəstəxanada və ya yaşayış yerinə görə poliklinikada müayinədən keçməlidir. Müayinədən keçmək və konsultasiyalar pulsuzdur.

Talassemiya ağır irsi qan xəstəliyidir, genlər vasitəsilə valideynlərdən övladlara ötürülür.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 250 milyon nəfərdən çox talassemiya daşıyıcısı və 300 min nəfərə yaxın talassemiya xəstəsi var. Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasına daxildir. Hər il respublikada bu xəstəliklə 200-dən çox uşaq dünyaya gəlir.

 


More on JAMnews