Müstəqil ekspertlərin hesablamaları 20 faizə çatır " />

Azərbaycanda işsizlik ətrafında mübahisə: 5, yoxsa 14 faiz?

Müstəqil ekspertlərin hesablamaları 20 faizə çatır

Azərbaycanda işsizlik səviyyəsi ilə bağlı yeni rəqəmlər açıqlanıb və yeni məlumat son “rəsmi versiya” ilə uzlaşmır. Müstəqil ekspertlər bildirirlər ki, Azərbaycanda işsizlərin sayənı prinsip etibarilə düzgün hesablamırlar.

• Gürcüstanda iş yerində xəsarət alan insanların hekayələri

Parlamentin Sahibkarlıq, İqtisadi Siyasət və Sənaye Komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, Azərbaycanda işsizlik səviyyəsi demək olar ki, üç dəfə azalıb: 40-45 faizdən 14 faizə enib.

Səmədzadədən sitat gətirən Trend agentliyi bu azalmanın hansı dövrü əhatə etdiyini dəqiqləşdirməyib. Digər resurslarda bildirilir ki, son 27-28 il – Azərbaycan müstəqil olandan indiyə qədərki zaman nəzərdə tutulub. Bu resurslar Ziyad Səmədzadənin sözlərini tam fərqli təqdim edib. Oxu.az yazır ki, o, 5-6 faiz enmə haqda danışıb.

Martda ölkə prezidenti İlham Əliyev də 5 faizlə bağlı açıqlama vermişdi.

Bu, işsizliklə bağlı rəsmi statistkanin ziddiyyət yaratdığı artıq ilk hadisə deyil. Müstəqil ekspertlərin isə bu rəqəmlər xeyli kiçildildiyini bildirirlər.

Son dörd həftədə (hesablama zamanından) fəal şəkildə iş axtarışında olan şəxs işsiz hesab edilir. “Fəal iş axtarışı”nın nə demək olduğu dəqiqləşdirilmir və bunu istənilən şəkildə yozmaq mümkündür.

Bununla yanaşı, həftədə hətta cəmi bir saat məşğul olan və buna görə hər hansı məbləğdə pul alan hər bir şəxsin işlədiyi hesab olunur.

Əgər insan heç yanda işləmirsə və iş də axtarmırsa, ümumi qəbul olunmuş metodologiya (beynəlxalq əmək təşkilatının metodologiyası) onu heç nəzərə almır.

İqtisadçı Toğrul Maşallı bu metodologiyanı etibarsız və “təxəyyülə yol açan” hesab edir. Onun Azərbaycan Statistika Komitəsinin məlumatlarına əsaslanan öz hesablamalarına görə,  2018-ci ildə Azərbaycanda işsizlərin sayı 20 faiz təşkil edib.


More on JAMnews