“Qara qutunun” şifrəsi açılandan sonra istintaq belə nəticəyə gəlib" />

Azərbaycanda hərbi təyyarənin qəzaya uğramasında quşlar “günahlandırılır”

“Qara qutunun” şifrəsi açılandan sonra istintaq belə nəticəyə gəlib

MiQ-29 hərbi təyyarəsi quş və ya quş dəstəsilə toqquşma nəticəsində qəzaya uğrayıb – istintaq “qara qutunun” şifrəsi açılandan sonra bu qənaətə gəlib.

• “Girovlar” – Gürcüstanda ən məşhur təyyarə qaçırılması cəhdi haqda film

Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus olan MiQ-29 təyyarəsi iyulun 24-də gecə təlim uçuşu zamanı dənizə düşüb.

Üç həftəyə yaxın nə təyyarəni, nə də pilotu tapmaq mümkün olmayıb. Axtarışlara Türkiyə və Rusiyadan olan mütəxəssislər də qoşulub.

Nəhayət, avqustun 16-da təyyarənin fraqmentləri, avqustun 19-da isə “qara qutusu” tapılıb, pilotun təhlükəsizlik kəmərilə kresloya bağlanmış cansız bədənini isə avqustun 20-də aşkarlamaq mümkün olub.

“Pilot təyyarənin idarəsini bərpa etməyə çalışıb ki, qəzanın qarşısını ala bilsin. Amma aldığı ağır xəsarətlər bunu mümkünsüz edib və təyyarənin qəzaya uğramasına gətirib çıxarıb”, – Müdafiə Nazirliyinin bəyanatında belə deyilir

Amma qəzanın necə baş verdiyi, pilotun necə yaralandığı və hansı xəsarətləri aldığı izah olunmur. Niyə nəticədə onun katapultadan istifadə etmədiyi də aydın deyil.


More on JAMnews