Qayıqda partlayıcı maddələr olub. Lakin məmurların sözlərinə görə, onlar daşınma zamanı tam təhlükəsizdirlər" />

Azərbaycanda geoloji kəşfiyyat qayığında partlayış: bir nəfər həlak olub, üç nəfər yaralanıb

Qayıqda partlayıcı maddələr olub. Lakin məmurların sözlərinə görə, onlar daşınma zamanı tam təhlükəsizdirlər

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus qayıqda baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub, daha üç nəfər ağır yaralanıb.

Azərbaycanda səs-küylü cinayətlər necə “unudulur”

Qadınlar qorxunc işdə: Tkibuli şaxtaçıları haqqında hekayə

Baş vermək “ehtimalı olmayan” patlayış

Partlayış oktyabrın 29-da günorta çağı baş verib.

Qayıq dayaz sularda seysmik tədqiqatlar zamanı istifadə olunan partlayıcı maddələr daşıyıb. Lakin SOCAR-da iddia edirlər ki, bu maddələr daşınma zamanı tam təhlükəsizdirlər. Başqa sözlə, partlayışın nəyə görə baş verməsi aydın deyil.

Bakı şəhər prokurorluğu “Əməyin mühafizəsi tələblərinin ehtiyatsızlıqdan insan ölümünə səbəb olması ilə nəticələnmiş pozulması” maddəsi üzrə cinayət işi açıb. İstintaq başlayıb.

“Unudulmuş” yanğın

Bu, SOCAR-la bağlı ilk bədbəxt hadisə deyil. Bunların arasında ən ciddi hadisə “Günəşli” neft platformasında baş vermiş yanğın olub.

Həmin yanğın 2015-ci ilin dekabr ayında baş verib, o zaman dənizdə fırtına səbəbindən sualtı qaz kəməri zədələnmişdi. 12 nəfər həlak olmuş, 18 nəfər itkin düşmüşdü.

O vaxt da cinayət işinə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) başlanmışdı. Lakin sonradan istintaqdan səs çıxmadı və son nəticədə heç kim məsuliyyətə cəlb edilmədi. Həlak olanların ailələrinə kompensasiya ödənilmişdi.


More on JAMnews