Güllə yarası almış məmur və mühafizəçisi sağ qalıb" />

Azərbaycanda Gəncə şəhərinin icra başçısına atəş açıblar

Güllə yarası almış məmur və mühafizəçisi sağ qalıb

Müxtəlif dərəcəli bədən xəsarətləri almış icra hakimi Elmar Vəliyev sağ qalıb. Onun mühafizəçisi Qasım Şahbazov da yaralanıb. Hazırda hər ikisinin səhhəti qənaətbəxşdir.

Atəşi Yunis Səfərov adlı şəxs açıb. Onu cinayət yerində yaxalayıblar. Bir müddət əvvəl onun məmurla münaqişəsi olub. Həmin səhnənin şahidlərinin sözlərinə görə, Səfərov Yunis Vəliyevə onu güllələyəcəyini deyib. Münaqişənin səbəbləri, Yunis Səfərovun kim olması və nə ilə məşğul olması barədə məlumat yoxdur.  Onun Rusiya vətəndaşı olduğu və ötən ildən, mühafizə polisi işçisinə hücum edəndən sonra axtarışda olduğu qeyd edilir.

Sosial şəbəkələrdə və müxalifyönlü mediada bu xəbər kəskin reaksiyaya səbəb oldu.

Birincisi, ona görə ki, bu, son 20-30 il ərzində dövlət məmuruna edilən birinci sui-qəsd hadisəsidir.

İkincisi, məlum oldu ki, zərərçəkənin həm şəhər sakinləri, həm də jurnalistlər arasında reputasiyası yaxşı deyildi.

Belə ki, məsələn, bu ilin mart ayında Xalqxeber.az  saytı Elmar Vəliyevin öz işçilərini və qəbuluna gələn vətəndaşları necə təhqir etməsi barədə yazıb.


More on JAMnews