Bir-birinin xəstəliyi haqda məlumatlı olan cütlüklər şüurlu seçim edə bilərlər " />

Azərbaycanda dövlət yoxlanışı nəticəsində 105 nəfər HİV daşıyıcısının nikaha girməyə hazırlaşdığı aşkarlanıb

Bir-birinin xəstəliyi haqda məlumatlı olan cütlüklər şüurlu seçim edə bilərlər

Azərbaycanda 2018-ci ildə 93 mindən çox insan nikahdan əvvəl tibbi müayinədən keçib, Səhiyyə Nazirliyi məlumat verir. Onlarda bu xəstəliklər aşkarlanıb:

HİV virusu və QİÇS – 105 nəfər;

Sifilis – 242 nəfər;

Talaassemiya – 2 773 nəfər.

Talassemiya dünyanın yalnız bir neçə yerində, o cümlədən də Azərbaycanda yayılmış genetik qan xəstəliyidir.

Azərbaycanda 2015-ci ildən etibarən nikahdan əvvəl tibbi müayinə məcburidir. Nazirlər Kabinetinin təsdiqlədiyi siyahı üzrə xəstəliklərin yoxlanılması həyata keçirilir. Müayinə puulsuzdur. Əgər xəstəliklər aşkarlanarsa, nikah qadağan edilmir, amma cütlükləri bir-birinin xəstəliyi ilə bağlı məlumatlandırırıar.


More on JAMnews