Çindən ət və dəniz məhsullarının gətirilməsi qadağan edilib, restoranlara getmək tövsiyə olunmur" />

Azərbaycanda Çin restoranlarını böhran gözləyir?

Çindən ət və dəniz məhsullarının gətirilməsi qadağan edilib, restoranlara getmək tövsiyə olunmur

Azərbaycana Çindən heyvan, dəniz məhsulları, ət və ət məhsullarının gətirilməsi müvəqqəti olaraq qadağan edilib. Qadağanı ölkəni “2019-nCoV” koronavirusundan qorumaq üçün Qida Təhlükəsizliyi Agentliyi (QTA) qoyub.

Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi ölkə vətəndaşlarına Çin restoranlarına getməməyi və Çindən internet vasitəsilə heç nə sifariş etməməyi tövsiyə edib.

Tezliklə Azərbaycana koronavirusun müəyyən edilməsi üçün test-sistemlər gətiriləcək – mərkəzin nümayəndəsi bildirib

Hazırda Çində 132 nəfər koronovarusdan həyatını itirib. Çinli həkimlər hesab edirlər ki, yaxın 10 gün ərzində virus pik yayılma həddinə çatacaq, daha sonra isə stabitləşəcək.

Yeddi nəfər azərbaycanlı tələbə epidemiyanın yayıldığı şəhərdən çıxa bilmir

Gürcüstanın aeroportlarında sərnişinlər koronavirusla bağlı müayinədən keçirilir


More on JAMnews