Azərbaycan təxminən 90 ölkə ilə viza rejimini sadələşdirib " />

Azərbaycana gələn turistlərin sayı üçdə bir qədər artıb

Azərbaycan təxminən 90 ölkə ilə viza rejimini sadələşdirib

Cari ilin beş ayı ərzində Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 200 min daha artıq turist səfər edib. Bu təxminən 30 faiz artım deməkdir. Bu haqda Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bildirib.

Turistlərinin sayının artmasının başlıca səbəblərindən biri viza rejiminin sadələşdirilməsidir. “Biz qapılarımızı təxminən 90 ölkənin üzünə açmışıq”, – APA agentliyi nazirə istinadən yazır.

Nazirin sözlərinə görə, bu il Azərbaycana BƏƏ-dən böyük turist axını gözlənilir. Nazir əlavə edib ki, “turizm sahəsində bu il bizim üçün sınaq ili olacaq”.

Bakıda iyunun 22-dən 25-ə qədər keçiriləcək “Formula – 1” üzrə “Qran-pri Azərbaycan”a xüsusi ümidlər bəslənilir. Qarayev qeyd edib ki, “Formula – 1” zamanı ölkənin iri mehmanxana şəbəkələrinin 95 faizi dolacaq. “Artıq sifarişlər var. Bundan başqa Fars körfəzi ölkələrindən olan turistlər sadəcə paytaxtda deyil, regionlarda da dincələ bilərlər”.

Nazir onu da əlavə edib ki, ölkədə tədricən gənc səyyahlar arasında xüsusən populyar olan hostel şəbəkələri də inkişaf edir. Belə hostellərdə gecələmək təxminən 10 manata (5,3 avroya yaxın) başa gəlir.

 

 

Facebook Comments

More on JAMnews