Mindən çox azərbaycanlı gənc könüllü olaraq Türkiyə ordusunda xidmət etmək istəyir" />

Azərbaycan Türkiyənin Suriyadakı əməliyyatını dəstəklədi

Mindən çox azərbaycanlı gənc könüllü olaraq Türkiyə ordusunda xidmət etmək istəyir

Azərbaycan Xarici İşlər Nazirliyi 11 oktyabr tarixli bəyanatında Türkiyənin Suriyanın şimalındakı həmsərhəd ərazilərdə əməliyyata başlamaq haqqında qərarını qeyd-şərtsiz dəstəkləyib.

Kürdlər kimdir və nəyə görə zərbə altındadırlar

• Ermənistan Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsini ittiham edib

Türkiyə hakimiyyətinin iddiasına görə, “Sülh bulağı” kod adlı əməliyyat kürd terrorçu qruplaşmalarına qarşı yönəlib.

Naziriyin bəyanatı

«Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorçuluqla mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir. Bu mənada biz əminik ki, “Sülh bulağı” əməliyyatı terror riskinin qarşısının alınmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həllinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək», – Azərbaycan XİN-in bəyanatında deyilir.

Nadir həmrəylik

Siyasi baxışlarından asılı olmayaraq, Azərbaycanda əksəriyyət bu əməliyyatı dəstəkləyir.

Məsələn, müxalif “Respublikaçı Alternativ” partiyası rəsmən bildirib ki, XİN-in bəyanatı ilə həmfikirdir:

«Biz əminik ki, bu əməliyyatın həyata keçirilmə keyfiyyəti Türkiyəyə qarşı hər hansı yeni kampaniyaların başlanmasına, və ya iddiaların irəli sürülməsinə əsas verməyəcək», – partiyanın sədri İlqar Məmmədov özünün “Facebook” səhifəsində yazıb.

“Atlas” siyasi araşdırmalar mərkəzinin direktoru Elxan Şahinoğlu isə belə hesab edir:

«Türkiyənin başqa alternativi qalmamışdı, əks halda PKK (dünyanın bir çox ölkələrində terrorçu təşkilat kimi tanınan Kürd Fəhlə Partiyası) bütün şimal sərhədi boyunca nəzarəti əlinə ala bilərdi»

Minval.az saytının siyasi şərhçisi Tofiq Abbasov belə fikir bildirib:

«”Sülh bulağı” əməliyyatı yağ kimi getməsə də, Suriya böhranının birdəfəlik aradan qaldırılması məqsədilə onsuz da sülh konfransı keçirmək lazım gələcək. Silah gücünə burada heç nəyi həll etmək olmaz. İncə diplomatiya alətləri ilə silahlanmaq lazım olacaq».

Eyni zamanda, mindən artıq azərbaycanlı gənc Türkiyə ordusunda könüllü olmaq üçün ərizə verib. Bu barədə gənclərin maariflənməsi üzrə ehtiyatda olan zabitlər ictimai birliyinin sədri Emin Həsənli məlumat verib. O, ümid etdiyini bildirib ki, «şanlı türk ordusu ən qısa müddətdə qələbə qazanacaq»

Bəziləri isə əleyhinədir

Lakin Azərbaycanın bu cür mövqeyinin əleyhinə olan azsaylı insanlar da var. Misal üçün, jurnalist Rəhim Şaliyev yazır:

«Həqiqət bundadır ki, Türkiyə kürdlərin azadlığını boğur. Bugünkü dinc əhaliyə hücumlar da buna sübutdur. Ərdoğan türk millətçiliyi ilə radikal islamı birləşdirməyə çalışaraq, bununla nəsə əldə etmək istəyir. Təbii ki, bu, Türkiyənin izolyasiyasına və daha böyük insan itkilərinə gətirib çıxaracaq».

Foto: modern.az


More on JAMnews